Əmək müqaviləsi ilə bağlı bitməyən böyük problem
2014-01-15 | Vergilər | 2812Ölkə qanunvericiylinə əsasən, hər bir vətəndaş işə qəbul olunarkən işə götürənlə onun arasında əmək müqaviləsi bağlanmalıdır. Amma təəssüf ki, işçilərin hüquqlarının təminatı üçün mühüm əhəmiyyət kəsb edən müvafiq qanuna ölkəmizdə hələ tam olaraq əməl edilmir. Əsasən də özəl sektorda müqavilə bağlamaqdan yayınma halları özünü qabarıq göstərir. Nəticədə isə zərər çəkən bir çox hallarda sadə vətəndaşlar olur. Bu kimi halların qarşısının alınması üçün zaman-zaman müəyyən addımlar atılsa da, hələ ki mövcud problem tam həllini tapmayıb.
Azərbaycanda çalışan işçilərin yalnız 30-33% faizinin əmək müqaviləsi ilə işlədiklərini deyən Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov ölkəmizdə bu neqativ hallara qarşı mübarizənin daha sərt formada aparılmasının zərurilyini bildirir: "Azərbaycanda iş yerlərində əmək müqaviləsinin bağlanmaması hallarına qarşı mübarizə sərtləşdirilməlidir. Azərbaycanda çalışan işçilərin demək olar ki, 30-33%-inin əmək müqaviləsi var. Qalanları isə müqavilə olmadan işləyirlər. Səbəb də vergi və sosial ödəmələrdən yayınmaqdır. Bununla işə götürənlər bir sıra ödəmələrdən yayınırlar. İşçilərin əmək müqaviləsinin olmaması həm də sahibkarlara onlarla istdikləri cür davranmağa imkan yaradır. Əsas səbəblər bunlardır". Hüquqşünas dövlət nəzarətini artırılması ilə belə halların qarşısının alına biləcəyini düşünür: "Bu halların qarşısını almaq üçün isə, dövlət nəzarətinin effektivliyini artırmaq lazımdır. Bu haqda mövcud qanunlara ciddi şəkildə tətbiq olunmalıdır. İndi dövlət nəzarətini həyata keçirən orqanın özünün bu sahədə səlahiyyətləri də çox məhduddur. Onlar müəssisələrə icazə əsasında gedirlər".
Əmək müqavilələrindən yayınmalara səbəb kimi sosial siğorta haqlarının yüksək olmasını göstərən İqtisadi Araşdırmalar və Tədris Mərkəzininin (İATM) eksperti Radil Fətullayev isə problemin həlli üçün müəssisələrin gəlirlilik səviyyəsinə görə sosial siğorta haqlarının müəyyənləşdirilməsini vacib sayır: "Bildiyiniz kimi, əmək müqaviləsi işçilər üçün bir sıra üstünlüklər gətirir. Məsələn, işçi ilə əmək müqaviləsi bağlanarsa, onun üçün əmək kitabçası açılır və onun əmək təcrübəsi orda toplanır. Bundan başqa işçiyə əmək məzuniyyəti hüququ verilir, gələcəkdə təqaüd almaq hüququ üçün geniş imkanlar yaranır və işçi bunun kimi Əmək Məcəlləsində nəzərdə tutulan bir sıra hüquqlar əldə edir. O baxımdan, işçi ilə əmək müqavilsinin bağlanması çox müsbət haldır. Lakin buna baxmayaraq, bir sıra müəssisələr işçilərlə əmək müqaviləsini bağlamaqdan yayınırlar. Səbəb isə odur ki, bəzi müəssislər çox vaxt istəmir ki, işçiyə ildə bir dəfə məzuniyyət versin. Onu bütün il ərzində işlətmək istəyir. Ona görə də həmin işçi ilə xidmət müqaviləsi bağlayır və onu əmək məzuniyyətindən məhrum edir. Başqa səbəblər də ondan ibarətdir ki, bizdə müəyyən edilən məcburi siğorta haqları yüksək səviyyədədir. Müəssisələr işçiylə əmək müqaviləsi bağlayan kimi, məsələn, 105 manat maaş verirsə, o artıq həmin 105 manatın 22 %-i miqdarında hər ay sosial siğorta ödəməyə məcbur olur. Buna görə də, bəzən qeydiyyata minimum əmək haqqı kimi yazırlar, yaxud da verilən əmək haqından aşağı məbləğdə yazırlar ki, sosial siğorta haqqı az olsun. Bu pulu müəssisə ödədiyindən, ilk öncə bu səbəbdən işçiylə müavilə bağlamaqdan yayınır.
Bizim təklifimiz isə ondan ibarətdir ki, yaxşı olardı ki, sosial siğorta haqqı müəssislərin gəlirlilik səviyyəsinə görə differensiallaşdırılsın. Yəni, məcburi sosial siğorta haqqı müəssilərə görə fərqli tətbiq olunsun. Kiçik sahibkarlıq subyektlərində həmin məbləğ aşağı olsun. Müəssisələrin dövriyyəsi artdıqca məbləğ də qalxa bilər. Düşünürəm ki, belə bir vəziyyətdə bütün müəssilərə eyni cür yanaşmaq düzgün deyil. Ona görə də, sosial siğorta haqları aşağı salınsa və ya müəssisələrə differensial yanaşılsa, düşünürəm ki, gələcəkdə əmək müqavilələrindən yayınma halları getdikcə aradan qalxar".
Aysel Həsənova
Mənbə: www.movqe.az

Vergilər bölümünün son xəbərləri |