Məcburi auditdən yayınanlara qarşı sanksiya tətbiq ediləcək
2014-01-25 | Audit | 3005Vahid Novruzov: "Təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim olunub"
"2020-ci ilədək Azərbaycanda auditin inkişafı konsepsiyası"nın hazırlanması başa çatıb.
Yaxın günlərdə sənəd müvafiq qurumlara təqdim olunacaq. Auditorlar Palatasının sədri Vahid Novruzov bildirir ki, auditin normativ hüquqi bazası da təkmilləşdirilib. Bu sənəd də artıq Nazirlər Kabinetinə təqdim olunub. Bundan başqa məcburi auditdən yayınan qurumlara qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflər də hazırlanıb.
Bəzi auditorlar tərəfindən müqavilə qiymətlərinin süni şəkildə aşağı salınmasının da qarşısı alınıb. Nəticədə son bir ildə müqavilə sənədləri üçün ödəniləcək məbləğin ümumi həcmi 33 faiz artıb. Qeyd edək ki, hazırda audit yoxlamalarının qiyməti qurumun işçilərinin sayı və dövriyədə olan vəsaitindən aslı olaraq dəyişir. Ən ucuz audit yoxlaması bələdiyyələrdə aparılır. Onun qiyməti 100 manatdır. Işçilərinin sayı 150 nəfərdən çox olan və ya illik dövriyyəsi 800 min manatdan artıq olan təşkilatlarda audit xidmətinin qiyməti 10 min manatdır.
Auditorlar palatası həmçinin nəzərət funksiyasını həyata keçirir. Palatanın sədri Vahid Novruzov bildirir ki, bu günə qədər 20-dən artıq ölkə ilə əməkdaşlıq sazişi imzalanıb. Bu əməkdaşlq nəticəsində Azərbaycanda beynəlxalq audit standartı tətbiq olunur.
Mənbə: http://www.ucnoqta.az

Audit bölümünün son xəbərləri |