Elektron qaimə-faktura verməli olan şəxslərin əhatəsi dəqiqləşdirilib

2018-12-19 | Mühasibat uçotu | 3150

2017-ci il aprelin 1-dən əlavə dəyər vergisinin, eləcə də 6 faiz və 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyiciləri, 2018-ci il yanvarın 1-dən isə bütün vergi ödəyiciləri təqdim etdikləri mallara (işlərə, xidmətlərə) görə alıcılara elektron qaydada qaimə-faktura təqdim edirlər. Elektron qaimə-fakturanın tətbiqindən ötən dövr ərzində aparılan təhlillər göstərir ki, bəzi dövlət təşkilatları, yerli özünüidarəetmə orqanları və bankların göstərdikləri iş və xidmətlərə görə təqdim etməli olduqları e-qaimə-fakturaların verilməsi onların iş yükünü çətinləşdirir. Həmin təşkilatlarda aparılan sənədləşmə işlərinin həcmi və miqyası həddindən artıq böyük olduğundan sənədləşmədə müəyyən problemlər yaranır, inzibati yük artır. Bundan əlavə, banklar tərəfindən təqdim olunan maliyyə xidmətlərinin gündəlik sayının həddən çox olması elektron qaimə-fakturaların tərtib edilməsini praktiki cəhətdən çətinləşdirir. Bankların müştərilərə göstərdiyi xidmətlər zamanı aparılan əməliyyatlar zamanı gündəlik əsasda çıxarış verildiyi nəzərə alındıqda isə həmin maliyyə xidmətlərinə görə elektron qaimə-fakturaların verilməsinə ehtiyac yaranmır.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Şamil Ərəbovun sözlərinə görə, bu səbəbdən elektron qaimə-fakturaların praktikada tətbiqi zamanı vergi inzibatçılığının yüngülləşdirilməsi baxımından bəzi kateqoriya şəxslərin elektron qaimə-faktura verməli olan şəxslərin siyahısından istisna edilməsi zərurəti yaranıb. Bu məqsədlə Vergi Məcəlləsinə (16.1.11-6.1-ci - 16.1.11-6.3-cü maddələr) elektron qaimə-faktura ilə bağlı bəzi dəyişikliklər edilib. Dəyişikliyə əsasən, vergi ödəyicisinin fəaliyyət xüsusiyyətlərini, əməliyyatların həcmini və dövriyyənin nağdsız formalaşmasını nəzərə alaraq 2019-cu il yanvarın 1-dən aşağıdakı təşkilatların alıcılara elektron qaimə-faktura təqdim etmək öhdəliyi aradan qalxacaq:

  • bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
  • dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
  • notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.

Həmin şəxslər tərəfindən göstərdikləri iş və xidmətlərə görə alıcılara qəbz və digər ciddi hesabat blankları təqdim edilir.

Mənbə: http://vergiler.az/art-view/7725/

Mühasibat uçotu bölümünün son xəbərləri

2024-04-03 | İllik mühasiblər forumunun keçirilməsi üçün ilkin görüş baş tutub
2024-01-23 | Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
2024-01-23 | Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq
2024-01-23 | Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib
2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!