İşdən azad edilmə zamanı ödənişlər.

2017-07-15 | Kadr işi | 60176

İşdən azad olan işçiyə aşağıdakı ödənişlər edilməlidir:

  • işdən azad olan ayda faktiki işlənilən günlərin əmək haqqısı;
  • istifadə edilməmiş məziniyyətə görə kompensasiya;
  • bəzi hallarda işdən azad edilən işçilərə işdənçıxarma müavinəti və müxtəlif ödənişlər

Faktiki işlənmiş vaxta görə əmək haqqının hesablanması.

İşdən azad olunan işçiyə azad olunma ayında faktiki işlədiyi günlərə görə əmək haqqı ödənilməlidir. Əmək haqqı adi qayda ilə faktiki işlədiyi günlərə görə hesablanır. Aşağıdakı misala baxaq:

Misal. Faktiki işlənən günlərə görə əmək haqqının hesablanması

14.07.2017 tarixində müəssisənin işçisi öz xahişi ilə işdən azad olunur. İşçinin vəzifə maaşı - 1 687 manatdır.

2017-ci ilin İstehsalat Təqviminə əsasən 2017-ci ilin iyul ayında 21 iş günü var. Bunlardan 10 gününü o işləmişdir.

İşçi iyul 2017 üçün alacağı əmək haqqı olacaqdır: 1 687 man. / 21 gün * 10 gün = 803.33 man.

Hesablanan əmək haqqısından müvafiq tutulmalar olunacaqdır.

Mühasib aşağıdakı müxabirləşmələri edəcəkdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İşlənən günlər üçün əmək haqqının hesalanması 701-3 "İstehsal sahəsində çalışan işçilərin əmək haqqı xərcləri;" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 803.33
2 Fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən verginin hesablanması 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 521-2 "Vergi öhdəlikləri-Gəlir vergisi" 90.77
3 İşçilərin əmək haqqlarından tutulan sosial sığorta ödənişləri 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 27.10
4 Əmək haqqının ödənilməsi 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 223 "Bank hesablaşma hesabları" 688.46

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması.

Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə və əmək stajına görə əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Kompensasiya işdən azad olunan gün ödənilir.

İşçi il ərzində ona düşən məzuniyyət günləri üçün tam işləməyibsə ona bu günlərə düşən kompensasiya ödənilmir. Misal üçün, il ərzində işçiyə 21 gün məzuniyyət günü düşür, lakin, işçi bu ili tam işləməyibsə, o zaman, işlədiyi aylara görə ona mütənasib məzuniyyət günləri hesablanır.

Belə olduqda, müəyyən iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda işçiyə ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

İşçi bütün ili tam işləməlidir ki, tam bir ilə düşən məzuniyyət günləri hesablansın.

İş ili işçi tərəfindən tam işlənməyibsə məzuniyyət günləri işlədiyi aylara görə mütənasib hesablanır. Belə olduqda, ayın yarısında az olan artıq günlər nəzərə alınmır, ayın yarısından çox olan artıq günlər 1 aya gədər yuvarlaqlaşdırılır.

Misal. İstifadə edilməmiş məzuniyyət günlərinin hesablanması

İşçi cari ilin yanvar ayından iyul ayına kimi işləmişdir. 10 iyul tarixində o işdən azad edilmişdir. Belə olduqda, yalnız 6 ay nəzərdə tutulur (yanvar-iyun). İyul ayı nəzərə alınmır, çünki işçi ayın yarısından az hissəsini işləmişdir.

İşçinin illik 30 təqvim günü məzuniyyət götürmək haqqı vardır. İstifadə edilməmiş məzuniyyət günlərinin sayı aşağıdakı kimi hesablanacaq:

30 gün / 12 ay * 6 ay = 15 gün.

İşçinin yazılı müraciətinə əsasən istifadə edilməmiş məzuniyyət günləri onun işdən azad edilməsi ilə birlikdə işçi tərəfindən istifadə edilə bilər (işdən azad edilmə işçinin günahı əsasında olmayıbsa). Yanı, işçi əvvəl istifadə etmədiyi məzuniyyət günlərinə görə məzuniyyətə çıxır, ona məzuniyyət haqqı hesablanır, məzuniyyətin son günü isə işdən azad olma günü olur. Belə olduqda işdən azad edilmə günü məzuniyyətin sonuncu günü hesab ediləcəkdir. Başqa işə işçi yalnız məzuniyyət bitdikdən sonra düzələ bilər.

İşdən azad olma ilə əlaqədar bütün ödənişlər və əmək kitabçası işçiyə məzuniyyətə çıxmaqdan öncə verilir.

Bilmək lazımdır ki, sonrakı işdən azad olma ilə məzuniyyətə çıxdıqda, məzuniyyət vaxtı işçi xəstələnərsə, işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar müavinət verilir. Lakin, ümumi qaydalardan fərqli olaraq, məzuniyyət günləri xəstəlik günləri qədər artırılmır.

İstifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiyadan ümumi qaydada gəlir vergisi və sosial tutulmalar çıxılır.

Misal. İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın hesablanamsı

İşçi 08.02.2016 tarixindən müəssisədə işə başlamışdır. 02.12.2016 tarixindən o, öz xahişi ilə işdən azad edilir. İşçinin 30 gün əsas və 2 gün əmək stajına görə əlavə məzuniyyət götürmək hüququ vardır. İşçinin əmək haqqısı 2 000 mantdır.

İşçi iş ili ərzində tam 9 ay (mart-noyabr) və fevral aıyının yarısından çox hissəsini işləmişdir. Məzuniyyət günlərinin sayı olacaqdır:

30 gün / 12 ay * 10 ay = 25 gün.

Əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın hesablanması zamanı cari ilin fevral-noyabr ayları nəzərə alınır. Əmək stajına görə əlavə məzuniyyət günləri nəzərə alınmır.

İşçiyə istifadə edilməmiş məzuniyyət haqqını hesablayaq:

2017-ci ilin İstehsalat Təqviminə əsasən fevral 2016-da 21 iş günü vardır. İşçi 16 iş günü işləmişdir. Fevral ayının əmək haqqısı olacaqdır:

2 000 man. / 21 gün * 16 gün = 1 523.81 man.

Mart-Noyabr ayları üçün hesablanan əmək haqqı:

2 000 man. * 9 ay = 18 000 man.

Cəmi il ərzində hesablanan əmək haqqı = 1 523.81 man + 18 000 man. = 19 523.81 man.

Orta aylıq əmək haqqı = 19 523.81 man. / 10 ay = 1 952.38 man.

Bir günlük əmək haqqı = 1 952.38 man. / 30.4 = 64.22 manat

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya = 25 gün * 64.22 = 1 605.57 manat

Dekabr ayında işçi cəmi 2 gün işləmişdir. Dekabr 2016-ci ildə 22 iş günü vardır. Dekabr ayında işlədiyi 2 günə görə işçi alacaqdır:

2 000 man. / 22 gün * 2 gün = 181.82 man.

1 Dekabr ayında işlənən 2 gün üçün əmək haqqının hesalanması 701-3 "İstehsal sahəsində çalışan işçilərin əmək haqqı xərcləri;" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 181.82
2 İstifadə edilməmiş məzuniyyət haqqınına görə kompensasiyanın hesablanması 701-3 "İstehsal sahəsində çalışan işçilərin əmək haqqı xərcləri;" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 1 605.57
3 Fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən verginin hesablanması (181.82+1 605.57) 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 521-2 "Vergi öhdəlikləri-Gəlir vergisi" 228.53
4 İşçilərin əmək haqqlarından tutulan sosial sığorta ödənişləri 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 53.62
5 Əmək haqqının ödənilməsi 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 223 "Bank hesablaşma hesabları" 1 505.23

İşdənçıxarma müavinətinin hesablanması.

Qeyd etdiyimiz kimi, bəzi hallarda işdən azad edilən işçilərə işdənçıxarma müavinəti və müxtəlif ödənişlər verilməlidir.

1. Müəssisə ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə işçilərə verilən müavinət və ödənişlər.

İlk öncə qeyd edək ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

  • 1 ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
  • 1 ildən 5 ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
  • 5 ildən 10 ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
  • 10 ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı 1 iş günü əmək funksiyasının icrasından azad edilir.

A. Xəbərdarlıq müddəti əvəzinə ödəniş. Lakin, işəgötürən işçinin razılığı ilə yuxarıda qeyd edilmiş xəbərdarlıq müddəti əvəzinə əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

Xəbərdarlıq müddəti əvəzinə ödənilən birdəfəlik əməkhaqqı aşağıdakı miqdarlarda olacaqdır:

  • azı 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli,
  • azı 4 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli,
  • azı 6 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli,
  • azı 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və
  • Əgər işçi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi səbəbindən işdən ayrılırsa (AR ƏM, 68-c), o zaman, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı 1 ay əvvəl işçini xəbərdar etməlidir. Və ya bu xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla işçiyə ödəniş etməlidir.
Xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

B. Müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsinə görə işdənçıxarma müavinəti.

Əmək müqaviləsi müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsi səbəbindən ləğv edilərkən, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

  • 1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
  • 1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
  • 5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
  • 10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.

2. Orta aylıq əmək haqqının azı 2 misli miqdarında ödənilən işdənçıxarma müavinəti.

Orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət aşağıdakı hallarda ödənilir:

  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə; (AR Əmək Məcəlləsi, 68.2-c)
  • işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;(AR Əmək Məcəlləsi, 74-a)
  • qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;(AR Əmək Məcəlləsi, 74-c)

3. Orta aylıq əmək haqqının azı 3 misli miqdarında ödənilən işdənçıxarma müavinəti.

Orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət aşağıdakı hallarda ödənilir:

  • işçinin vəfatı ilə əlaqədar vəfat edənin vərəsələrinə; (AR Əmək Məcəlləsi, 77.7)
  • müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar müəssisənin rəhbərinin, onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmə rəhbərlərinin əmək müqaviləsinə xitam verildikdə;(AR Əmək Məcəlləsi, 68.2-ç)

Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, AR Əmək Məcəllənsinin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.

Əgər müəssisənin ləğv edildiyi və ya müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda ödəncləri ödəməyə işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir.

Orta əmək haqqının hesablanması.

Orta əmək haqqı AR Əmək Məcəlləsinin 177-ci maddəsi ilə müəyyən edilir.

Orta əmək haqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.

Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər AR NK 126 N-li Qərarı ilə tərəfindən müəyyən edilir.

Misal. İşdənçıxarma müavinətinin hesablanması. İşçi 9 il müəssisədə çalışdıqdan sonra ona 12.01.2018 tarixində xəbərdarlıq gəlir ki, o, 6 təqvim həftəsindən sonra işçilərin sayı və ya ştatların ixtisar edilməsi səbəbi ilə işdən azad ediləcəkdir. İşçinin aylıq əmək haqqısı 1 500 manatdır.İşçi və işəgötürən razılığa gəlirlər ki, xəbərdarlıq müddəti əvəzinə əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilsin.

Gəlin işçinin işdən azad olunması zamanı alacağı müavinət və ödənişləri hesablayaq.

İlk öndə orta əmək haqqını hesablayaq. Belə ki, Noyabr və Dekabr 2017-ci ildə müvafiq olaraq 21 və 21 iş günü vardır.

Bir günlük əmək haqqı = (1 500 man. + 1 500 man.) / (21 gün + 21 gün) = 71.43 man.

2017-ci ilin İstehsalat Təqviminə əsasən 2017-ci ildə orta aylıq iş günlərinin sayı 20.08-dir.

Orta əmək haqqı = 20.08 gün * 71.43 man. = 1 434.31 man.

İşçiyə ödəniləcək işdənçıxarma müavinəti hesabladığımız zaman orta aylıq əmək haqqı olacaqdır 1 434.31 manat.

Xəbərdarlıq müddəti əvəzinə alacağı ödəniş: 1 434.31 * 1.4 = 2 008.03 manat

İşdənçıxarma müavinəti olacaqdır: 1 434.31 * 1.7 = 2 438.33 manat

Mühasibat uçotu.

İşdən azad olan zaman hesablanan ödənişlər uçotda əsas əmək haqqının uçotu ilə eyni qaydada əks olunur.

Ödənişlərin hesablanması 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabının krediti üzrə əks olunur, onun ilə müxabirləşən hesab isə işçinin hansı bölmədə işləməsi və hansı işləri görməsi ilə bağlı olacaq.

İşdən azad olunana gədər işlənmiş günlərə görə hesablanan əmək haqqı, istrifadə edilməmiş məzuniyyət haqqı və işdənçıxma müavinəti əmək müqaviləsinə xitam verilən gün ödənilirlər.

Vergi uçotu.

Nəzərə alın ki, AR Vergi Məcəlləsinin 102.1.4 maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə AR Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar (müavinət) gəlir vergisindən azaddır. Eyni zamanda, bu müavinətə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Xəbərdarlıq müddəti əvəzinə işçiyə verilən ödənişlər isə işçinin əmək haqqısı sayılır və ümumi qaydada gəlir vergisinə cəlb edilir və ona məcburi dövlət sosial sığorta haqqı hesablanır.

İstifadə edilməmiş əmək məzuniyyətinə görə işçiyə kompensasiya ödənilərkən nəzərə almaq lazımdır ki, tam iş illərinin kompensasiya haqları hər iş ili üzrə ayrı-ayrılıqda, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə onun verildiyi ayın əmək haqqı ilə birlikdə qanunvericiliyə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

Eyni zamanda, tam iş illərinin kompensasiya haqları hər iş ili üzrə ayrı-ayrılıqda gəlir vergisinə cəlb olunarkən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində göstərilən güzəşt nəzərə alınır. Tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə onun verildiyi ayın əmək haqqı ilə birlikdə qanunvericiliyə uyğun olaraq gəlir vergisinə cəlb olunduqda Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində göstərilən güzəşt nəzərə alınır.

Normativ-hüquqi aktlar.

AR Əmək Məcəlləsi, Maddələr: 56, 68, 70, 74, 77, 135, 144, 177

Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə NK Qərarı N 126

Mənbə: https://www.muhasib.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!