İşçilərin sığortasına nəzarət başlayır – SİSTEM HAZIRDIR
2019-08-29 | Kadr işi | 4415Azərbaycanda əmək müqaviləsi olan işçilərlə istehsalatda bədbəxt hadisələrdən sığortası olmayan işçilərin siyahısının tutuşdurulması üçün yeni sistem işə düşüb. FED.az xəbər verir ki, bu siyahıların bir-birinə inteqrasiya edilməsi sığortalanmayan işçilərin aşkar edilərək sığotalanmasına şərait yaradacaq.
Qeyd edək ki, bu sistemin qurulması üçün işlərə bir neçə il əvvəl başlanıb. Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), İSB və üç həyat sığorta şirkəti (“Paşa Həyat Sığorta” ASC, “Qala Həyat” Sığorta Şirkəti ASC və “Atəşgah Həyat” Sığorta Şirkəti ASC) arasında 28 sentyabr 2018-ci il tarixində bağlanmış Anlaşma Memorandumu imzalanmışdı.
Palatadan FED.az-a bildirilib ki, bu anlaşma çərçivəsində görülən işlər nəticəsində istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyul ayları ərzində 17% (4 mln. manat) artıb və bu sahəyə nəzarət gücləndirilib.
Eyni zamanda, istehsalatda bədbəxt hadisələrin icbari sığortası üzrə məlumat mübadiləsinin təmin edilməsi məqsədilə informasiya sistemlərinin inteqrasiyası üçün Palata, İSB və ƏƏSMN tərəfindən birgə işlər görülüb və inteqrasiya prosesi tamamlanaraq bütün sığorta müqavilələri elektron formata keçirilib.
Mənbə: https://www.fed.az/az/sigorta/iscilerin-sigortasina-nezaret-baslayir-sistem-hazirdir-62501

Kadr işi bölümünün son xəbərləri |