Məşğul şəxslər barədə məlumatların əldə olunması qaydası təsdiq olunub
2019-09-20 | Kadr işi | 3119Nazirlər Kabineti "Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası"nı təsdiq edib. Məşğul şəxslər barədə reyestrin formalaşdırılması, aparılması və digər dövlət informasiya ehtiyatları və sistemlərinə inteqrasiyası ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.
Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Reyestr vahid informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir.
Məşğul şəxslərə dair məlumatlar reyestrə aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:
- muzdla işləyənlər barədə - Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) məlumatları əsasında;
- Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - həmin orqanlar tərəfindən onları işə qəbul etdikləri (götürdükləri) gündən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;
- mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər və sahibkarlar barədə - Vergilər Nazirliyinin apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən kağız daşıyıcılarda:
- reyestrin fəaliyyətə başladığı tarixə kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları həmin tarixdən sonra 1 ay müddətində;
- reyestrin fəaliyyətə başladığı tarixdən sonra kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydiyyata alındığı tarixdən sonra 1 ay müddətində;
- Ailə kəndli təsərrüfatının üzvləri barədə - onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən uçota alındıqları gündən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;
- haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər barədə - onların seçilməsi, təyin və ya təsdiq edilməsinə dair hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1 ay müddətində bu barədə kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər barədə - onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən onların işə (xidmətə) qəbul edildikləri gündən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında, "Dövlət sirri haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunların tələbləri nəzərə alınmaqla;
- ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə - Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;
- Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə - Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;
- Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə - Dövlət Miqrasiya Xidməti tərəfindən Miqrasiya Məcəlləsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi reyestri yaratmaq məqsədilə MEİS-də bu Qaydada göstərilən dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə reyestri elektron formada aparır.
Reyestrin məlumatlarından fərdi məlumatların mühafizəsinə dair tələblər nəzərə alınmaqla istifadə olunur. Reyestrdə olan məlumatlardan istifadə etmək üçün dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, elmi müəssisə və təşkilatlar və digər hüquqi və fiziki şəxslər nazirliyə əsaslandırılmış sorğu ilə müraciət edə bilərlər. Fiziki şəxslər reyestrdə yalnız özləri ilə bağlı məlumatları sorğu edə bilərlər.
Sorğu edilmiş məlumat və ya həmin məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab sorğunun daxil olduğu tarixdən 5 iş günü müddətində nazirlik tərəfindən verilməlidir.

Kadr işi bölümünün son xəbərləri |