Ezamiyyə xərclərinin hesablanması qaydası

2019-10-24 | Kadr işi | 524

Vergi Məcəlləsinin 98.3-cü maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi ezamiyyətə göndərilmiş işçilərə ödənilən faktiki ezamiyyə xərclərinin və dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə verilən sutkalıq ödənişlərin hansı formada gəlirə daxil edildiyini müəyyən etməkdən ibarətdir. Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" 25 yanvar 2008-ci tarixli 14 nömrəli Qərarına (sonrakı əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən ezamiyyə xərcləri dedikdə - ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclər və nəqliyyat xərcləri nəzərdə tutulur.

Ezamiyyə xərclərinin 1 günlük normasına – mehmanxana xərci və gündəlik xərclər daxildir. Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizini təşkil edir həmçinin gündəlik xərcə yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxildir. Mehmanxana xərci - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 80 faizini təşkil edir. Mehmanxana xərcləri təqdim edilən təsdiqedici sənədlər əsasında ödənilir lakin təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir.

Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq xərcləri, həm də ezam olunma yerinə getmək üçün taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana, təyyarə meydanına getmək üçün ölkədaxili nəqliyyat xərcləri daxildir. Bu nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ödənilir. Ezamiyyə xərclərinin normaları haqqında Qərara əsasən Azərbaycan Republikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhəri üzrə 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 65 manat müəyyən edilmişdir. Nazirlər Kabinetinin Qərarına əsasən dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə verilən sutkalıq ödənişlərin norması isə Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün isə 15 ABŞ dollarınadək məbləğdə müəyyən edilmişdir.

Onu da qeyd edək ki, norma daxilində faktiki gündəlik ezamiyyə xərclərinə (mehmanxana xərcləri istisna olmaqla) təsdiqedici sənəd tələb olunmur, amma qanunvericilikdə nəzərdə tutulan normalardan artıq ezamiyyə xərci çəkildikdə normalardan artıq olan hissəsinin çəkilməsini təsdiqləyən müvafiq sənədləri təqdim edilməlidir. Belə ki, ezam olunmuş işçi tərəfindən ezamiyyə zamanı ezamiyyə xərclərinin qanunvericilikdə nəzərdə tutulan normalardan artıq olan hissəsinin çəkilməsini təsdiqləyən müvafiq sənədləri təqdim etdikdə həmin xərclərin əvəzinin ödənilməsi işçinin vergi tutulan gəlirinə aid edilmir, lakin ezamiyyə xərclərinin normadan artıq olan hissəsi müvafiq sənədlərlə təsdiq edilmədikdə isə həmin məbləğ işçinin muzdlu işlə əlaqədar alınan aylıq gəlirinə daxil olunaraq gəlir vergisinə cəlb edilir.

Misal 1.

Müəssisə İşçisini Naxçıvan şəhərinə 1 günlük ezam etmişdir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra təqdim etdiyi avans hesa¬batında 60 manat vəsaiti istifadə etdiyini göstərmiş və mehmanxana xərclərini təsdiqləyən müvafiq sənədləri təqdim etmişdir. Bu halda NK-nin "Ezamiyyə xərclərinin normaları haqqında" Qərarına əsasən Naxçıvan şəhərində ezamiyyə xərclərinin 1 günlük norması 70 manat olduğunu nəzərə alaraq müəssisənin işçiyə verdiyi 60 manat pul vəsaiti norma daxilində olduğundan və mehmanxana xərclərini təsdiqləyən sənədləri təqdim etdiyi üçün işçinin aldığı 60 manat onun muzdlu işlə əlaqədar əldə etdiyi gəlirə daxil edilmədiyi üçün gəlir vergisi hesablanmır.

Misal 2.

Müəssisə aylıq vergi tutulan gəliri 300 manat olan işçisini 2019-cu ilin iyun ayında Bakı şəhərinə 1 günlük ezam etmişdir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra təqdim etdiyi avans hesabatında 140 manat vəsaiti istifadə etdiyini göstərmişdir bu vəsaitin 100 manatını mehmanxana xərci 40 manatını isə gündəlik xərc təşkil edir.

Əvvəlcə onu qeyd edək ki, Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" Qərarına əsasən ezamiyyə zamanı Bakı şəhərində 1 günlük norması 90 manat olduğu üçün mehmanxana xərc norması 72 manat (90 x 80% = 72 manat) və gündəlik xərc norması isə 18 manatdır (90 x 20% = 18 manat). Respublika ərazisi daxilində ezamiyyətlər zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilməyən hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissənin 50 faizinin ödənildiyini nəzərə alaraq bu misal üçün aşağıdakı 2 mümkün hala baxaq.

1-ci hal. İşçi 100 manat mehmanxana xərcinin və gündəlik xərcin normadan artıq olan hissəsinin yəni 22 manatın təsdiq edən sənədlərini avans hesabatına əlavə etmişdir. Bu halda, artıq xərclənmiş 28 manat (100 - 72 = 28 manat) mehmanxana xərci və 22 manat (40 – 18 = 22 manat) gündəlik xərc işçinin gəlirinə aid edilmir, çünki Vergi Məcəlləsinin 98.3-cü maddəsində norma daxilində yox, faktiki ezamiyyə xərc¬lərindən söhbət gedir. Yalnız bir məqama diqqət etmək lazımdır ki, faktiki ezamiyyə xərcləri sənədlərlə təsdiq olunmalıdır.

2-ci hal. İşçi mehmanxana xərcinin və gündəlik xərcin təsdiq edici sənədləri olmadığı üçün avans hesabatına əlavə etməmişdir.

Bu halda, gündəlik mehmanxana xərci normasınin 50 faizi yəni 36 manat ( 72 x 50% = 36 manat) və norma daxilində gündəlik xərc üçün sənəd tələb olunmadığı üçün 18 manat (90 x 20% = 18 manat) gəlirə daxil edilmir. Amma işçi sənəd təqdim etmədiyi üçün gündəlik mehmanxana xərci normasınin 50 faizindən artıq olan 64 manat (100 – 36 = 64 manat) mehmanxna xərci və gündəlik xərcin normadan artıq olan hissəsi üçün sənəd tələb olunduğu üçün 22 manat (40 – 18 = 22 manat) gündəlik xərc işçinin iyun ayının vergi tutulan gəlirinə əlavə olunmalıdır. Beləliklə, iyun ayı üzrə işçinin aylıq vergi tutulan gəliri 386 manat ( 300 + 64 + 22 = 386 manat) olacaqdır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/5025.html

Kadr işi bölümünün son xəbərləri

2019-11-07 | İşçiyə ezamiyyə haqqı hansı formada ödənilməlidir?
2019-11-01 | İşçi güzəşt hüququnu təsdiq edən sənədləri gec təqdim edərsə, güzəşt əvvəlki dövrə tətbiq olunurmu?
2019-10-30 | On beş yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlana bilərmi?
2019-10-30 | Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı vergi öhdəliyi
2019-10-29 | Vəzifə dəyişiklikləri zamanı prosedurlar
2019-10-24 | Ezamiyyə xərclərinin hesablanması qaydası
2019-10-24 | Əməkhaqqından gəlir vergisinin tutulması və sosial sığortanın hesablanması qaydaları
2019-10-24 | Rusiyada işləyən azərbaycanlıların pensiya təminatına aydınlıq gətirildi
2019-10-17 | İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları
2019-10-15 | Əmək müqaviləsi üzrə məlumatların bildiriş bazasında göstərilməsi

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir.

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!