Vəzifə dəyişiklikləri zamanı prosedurlar
2019-10-29 | Kadr işi | 3322Təcrübədə işçilərin vəzifə dəyişikliyi ilə bağlı müxtəlif hallara təsadüf olunur. Məsələn, əmək məzuniyyətində olan işçinin vəzifəsini yüksək vəzifəyə dəyişmək lazım gəlir. Buna qanun yol verirmi? Prosedurlar necə həyata keçirilməlidir? Suallara sərbəst auditor Altay Cəfərov cavab verir.
Məsələyə dərindən yanaşmaq üçün Əmək Məcəlləsinin bir neçə maddəsinə nəzər yetirək və onları bir-biri ilə əlaqələndirməyə çalışaq. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə əmək şəraitinin təmin edilməsi zamanı işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən bu əmək şəraitlərini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi. 56-cı maddə isə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqındadır.
İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c" bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
59-cu maddədə başqa işə keçirmə zamanı işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
Maddə 79 əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və halları təsbit edir.
İşəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
Bu maddələr qoyulan sualın cavabını tam verir: məzuniyyətdə olan işçinin əmək müqavilənin işəgötürən tərəfindən ləğv olunması qadağandır.
Bundan əlavə, işçinin vəzifəsi 54-cü maddəyə əsasən əmək şəraitinə aid olan məsələdir. İşçini başqa işə keçirmək üçün hökmən işçinin razılığı olmalıdır və əmək müqaviləsinə əlavələr olmalıdır və ya yeni müqavilə bağlanılmalıdır (baxmayaraq ki, daha yüksək vəzifəyə dəyişdirilir).
Məzuniyyətdə olan işçinin başqa işə keçirilməsi ilə bağlı məcəllədə konkret məhdudiyyətə rast gəlinmir. Amma qeyd olunduğu kimi işçi razı olmalıdır, yeni müqavilə bağlanmalıdır və ya yeni müqavilə hər iki tərəfdən imzalanmalıdır.
Onda burada belə sual da meydana çıxır ki, yeni vəzifə yeni əməkhaqqı, yeni funksiyalar və yeni öhdəliklər deməkdir və məzuniyyətdə olan işçi bu öhdəlikləri necə yerinə yetirə bilər?
Görünür ki, belə bir addım praktiki cəhətdən mümkün deyildir. Adətən, işçi məzuniyyətdən qayıtmalı və dəyişiklik bundan sonra olmalıdır. Yaxşı olardı ki, siz dəyişikliyi işçi məzuniyyətdən qayıdandan sonra edəsiniz, yəni məzuniyyət işçinin istirahəti deməkdir və işçi tam istehsaltdan ayrılmalıdır.
Bu məlumatlar ƏƏSMN-nin bildiriş bazasına da əmək müqaviləsinə əlavələrin imzalanmasından sonra dəyişiklik kimi daxil edilməlidir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Kadr işi bölümünün son xəbərləri |