Bakı Hesabat Mərkəzi bir yaşını qeyd edib

2019-12-10 | Mühasibat uçotu | 3853

Dekabr ayının 8-də Bakı Hesabat Mərkəzinin (BHM) yaradılmasının 1 illiyi qeyd olunub. Tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı şirkətlərin, holdinqlərin nümayəndələri, BHM-lə əməkdaşlıq edən biznes strukturlarının rəsmiləri, mühasiblər, auditorlar və KİV nümayəndələri iştirak ediblər. Geniş təqdimatla çıxış edən Bakı Hesabat Mərkəzinin direktoru, tanınmış auditor və mühasib, "Professional mühasib" jurnalının baş redaktoru Mehdi Babayev ötən bir il ərzində görülmüş işlərə nəzər salıb, mövcud vəziyyəti qiymətləndirib və qarşıda duran hədəflər barədə danışıb. Qeyd olunub ki, Azərbaycanın davamlı iqtisadi inkişafında işini mükəmməl bilən, fəaliyyətini qanunlar çərçivəsində qurmağı bacaran və bununla da təmsil etdiyi biznes qurumunu bu inkişafın mühüm həlqəsinə çevirməyi bacaran professional mühasiblərin yeri və rolu çox əhəmiyyətlidir.

Çıxışı zamanı iqtisadi sferada fəaliyyət göstərən dövlət qurumlarının işinə, ictimaiyyətlə, biznes dairələri ilə münasibətlərinə toxunan natiq bu sahədə Vergilər Nazirliyinin müsbət mənada kəskin şəkildə fərqləndiyinə diqqət çəkib. İlk dəfə dövlət qurumları içərisində məhz Vergilər Nazirliyinin heç bir şərtsiz "ağarma" siyasəti başlatdığını və iki il ərzində bu istiqamətdə inqilabi dəyişikliklərə, gözlənildiyindən də böyük uğurlara nail olunduğunu bildirib.

M.Babayev iqtisadi sferada mövcud olan çatışmazlıqların, neqativ halların tədricən aradan qalxacağını, bu istiqamətdə maariflənmə tədbirlərinin mühüm rol oynadığını diqqətə çatdırıb. "Vergilər" qəzeti redaksiyasının onlayn məhsulu olan "vergiler.az" saytının bu sahədə çox böyük işlər gördüyünü bildirən BHM rəhbəri iqtisadçı ekspertləri, auditorları, vəkilləri, mühasibləri cəmiyyətin maarifləndirilməsi işində bu onlayn platforma ilə əməkdaşlığa dəvət edib.

Sonra mühasibatlıq, mühasibat uçotu, vergi uçotu, kargüzarlıq sahələrində kitabları dərc olunan müəlliflərə BHM adından plaketlər təqdim olunub.

Təqdimetmə mərasimindən sonra Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayevə vergi qanunvericiliyinin təbliği sahəsində gördüyü işlərə, cəmiyyətin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə və vergi orqanları ilə səmərəli əməkdaşlığına görə Vergilər Nazirliyinin sertifikatı təqdim olunub.

Sonra tədbir bədii hissə ilə davam edib.

Mənbə: https://vergiler.az/news/economy/6082.html

Mühasibat uçotu bölümünün son xəbərləri

2024-04-03 | İllik mühasiblər forumunun keçirilməsi üçün ilkin görüş baş tutub
2024-01-23 | Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
2024-01-23 | Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq
2024-01-23 | Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib
2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!