Kassa çeklərində məlumatların sayı arta bilər
2019-12-21 | Mühasibat uçotu | 4311Vergi Məcəlləsinə dəyişiklik nəticəsində istehlakçılar nisyə satış zamanı daha bir yenilikdən faydalanacaqlar. Məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, gələn ildən nəzarət-kassa aparatlarının (NKA) təqdim etdiyi məlumatların sayının artacağı gözlənilir.
Dəyişiklərdə NKA çeklərində olan məlumatların sayı artırılır və dəyişiklikdən sonra çeklərdə bu məlumatlar əks olunacaq:
- ödənilmiş məbləğ;
- müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
- nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
- ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
- çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
- nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
- geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.
Beləliklə, dəyişiklik sahibkarların işini yüngülləşdirəcək.
Əksər vergi ödəyiciləri iddia edirdilər ki, malların nisyə və ya bonus kimi verildiyi hallarda NKA çeki həmin malları üzrə ödənişlərin qəbul olunması mənasına gəlir və da uçot baxımdan müəyyən problemlər yaradır. Vergi Məcəlləsinə təklif edilən dəyişik nəticəsində bu boşluq da aradan qaldırılacaq.
Fərqanə ALLAHVERDİQIZI

Mühasibat uçotu bölümünün son xəbərləri |