İşəmuzd çalışanların vergi yükü necə müəyyənləşir?

2020-01-22 | Kadr işi | 3400

Əmək Məcəlləsinin 160-cı maddəsində müxtəlif işlər üzrə əmək funksiyasının yerinə yetirilməsi zamanı əməyin ödənilməsi prinsipləri əksini tapıb. Maddənin 2-ci hissəsində göstərilib ki, işəmuzd işçilərin əməyi görülən işin işəmuzd qiymətləri üzrə ödənilir. Mövzunu müstəqil auditor Altay Cəfərov şərh edir.

Təsərrüfat subyektinin hər hansı sahəsində işçilərə verilmiş ixtisas (peşə) dərəcələrindən aşağı tarif müəyyən edilən işlərin istehsalat xarakterinə görə işəmuzd işçilərə tapşırılarsa, həmin işləri yerinə yetirən işçilərə dərəcələr arasındakı fərq ödənilir. Əgər işçi hasilat normasını yerinə yetirərsə, lakin onun ixtisas dərəcəsi ilə yerinə yetirilən işin dərəcəsi arasında ən azı 2 dərəcə fərq olarsa, ona həmin dərəcələr arasındakı fərq ödənilir.

Əmək Məcəlləsinin 149-cu maddəsində isə əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edildiyi göstərilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır.

İşəmuzd çalışan vətəndaşların gəlirləri və vergi öhdəliklərinə gəldikdə isə, "İşəmuzd" sözünün mәnasına fikir versәk, görәrik ki, bu halda әmәkhaqqı işçinin işlәdiyi işә әsasәn ödәnilir. Belә ödәnişlәr, әsasәn, tәmir-tikinti tәşkilatlarında, müәyyәn montaj-quraşdırma işlәrindә işlәyәnlәrә tәtbiq olunur. İşәmuzd ödәniş, tәbii ki, tәkcә tikinti tәşkilatları ilә mәhdudlaşmır. İşәmuzd әmәkhaqqında artıq iş saatı yox, iş norması әsas götürülür. Tutaq ki, işçi bәnnadır vә әmәk müqavilәsi bağlayan zaman işәgötürәn ilә razılaşır ki, hörülәcәk hәr kvadratmetr hörgü üçün ona 5 manat әmәkhaqqı ödәnilsin. İşçi bir ay әrzindә 60 kvadratmetr hörgü işi görәrsә, bu zaman onun aylıq әmәkhaqqı 300 manat (5 manat x 60m2) tәşkil edәcәk. İşәmuzd әmәkhaqqı bu formada hesablanmalıdır. Başqa bir misal. Rәngsaz bağladığı әmәk müqavilәsinә әsasәn, rәnglәdiyi hәr kvadratmetr üçün 3 manat, suvaq vurduğu hәr kvadratmetr üçün isә 4 manat әmәkhaqqı alacaq. Ay әrzindә işçi 70 kvadratmetr rәngsaz işi, 60 kvadratmetr isә suvaq işi görüb. Bu zaman onun aylıq әmәkhaqqı 450 manat (3 manat x 70m2 + 4 manatx 60 m2 = 210 manat + 240 manat) olacaq".

Vergi ödəyicilərində işəmuzd iş yerində gəlir vergisinin hesablanılmasına gəlincə, bu iş rejimində işləyən işçilərin gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci və 101.1-1-ci maddələri ilə hesablanır. 101.1-ci maddəyə əsasən, bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan

məbləğin 25 faizi

Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir

Verginin dərəcəsi

8.000 manatadək

0 faiz

8.000 manatdan çox olduqda

8.000 manatdan çox olan məbləğin

14 faizi

Göründüyü kimi, işəmuzd qaydasında işləyən işçilərin gəlirləri işəgötürənin neft-qaz sahəsində fəaliyyəti olub-olmamasından və qeyri-dövlət sektoruna aid edilib-edilməməsindən asılı olaraq 101-ci və ya 101.1-1-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat, illik gəliri 30.000 manatadək olduqda isə 2.400 manat məbləğində olan hissəsi vergidən azaddır.

Yuxarıdakı misallarda qeyd edilən 300 manat və 470 manat əməkhaqqlarını ödəyən işəgötürən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisi olduqda Vergi Məcəlləsinin 101.1-1-ci maddəsi tətbiq olunur və gəlir 8000 manatdan aşağı olduğundan vergi 0 dərəcə ilə hesablanır. Əgər işəgötürən neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicisidirsə, bu zaman Vergi Məcəlləsinin 101.1.-ci maddəsi tədbiq olunur və gəlir 2500 manatadək olduğundan vergi 200 manat azadolma nəzərə alınmaqla 14 faiz dərəcə ilə hesablanır.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/6752.html

Kadr işi bölümünün son xəbərləri

2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!