Əməkhaqqından tutulmalar

2020-02-28 | Kadr işi | 4106

Qanunvericiliyə əsasən, işçinin əməkhaqqından vergi və digər ödənişlər tutulur. Mövzuya hüquqşünas Şəhriyar Həbilov münasibət bildirib.

Hər bir işçinin əməkhaqqından işəgötürən tərəfindən aşağıdakı tutulmalar həyata keçirilir:

  • gəlir vergisi (Vergi Məcəlləsinə müvafiq olaraq bəzi kateqoriya şəxslərə münasibətdə güzəştlər, habelə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin 2019-cu il yanvarın 1-dən 7 il müddətində yalnız 8.000 manatdan çox olan məbləğinin gəlir vergisinə cəlb olunmalı olduğu nəzərə alınmaqla);
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • məhkəmə aktları və ya notariusun icra qeydi, yaxud səlahiyyətli orqanların qərarlarına əsasən tələb edilən icra ödənişləri. Bu məbləğlərin tutulması üçün müvafiq icra sənədi işçinin iş yerinə göndərilir.

Eləcə də:

  • işəgötürənə işçinin təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği (işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə);
  • müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;
  • işçi xidməti ezamiyyətə göndərilərkən ona avans verilibsə artıq qalmış məbləğ;
  • işçiyə səhv riyazi hesablamalar nəticəsində artıq ödənilmiş məbləğlər - yalnız ödənişdən sonrakı 1 ay müddətində;
  • təsərrüfat ehtiyacları ilə bağlı verilmiş artıq qalan, yaxud xərclənməyən məbləğlər;
  • kollektiv müqavilələrdə nəzərdə tutulan və ya müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları;
  • işçinin kommunal ödənişləri, bankdan aldığı ssudaları, kreditləri və ya digər şəxsi borcları - işçinin işəgötürənə həmin ödənişlərin onun əməkhaqqından tutulmasına dair ərizəsi əsasında.

Qanunvericiliyə əsasən, əməkhaqqından 20 faiz, bir neçə icra sənədi olduqda 50 faiz, bəzi hallarda (aliment ödənişi, sağlamlığa ziyan vurulması və s.) isə 70 faiz tutulmalara yol verilməsi mümkündür.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7449.html

Kadr işi bölümünün son xəbərləri

2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!