DİM, Peşəkar Mühasib Təşkilatları və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında görüş keçirildi

2021-04-05 | Sertifikasiyalar | 3946

02.04.2021-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin əməkdaşları arasında görüş keçirilmişdir.

Görüşdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun qüvvəyə minməsi və bu qanunun tələblərindən irəli gələrək, mühasiblərin peşəkar mühasib sertifikatının əldə etməsinin və peşəkar təşkilata üzv olmasının zəruriliyi, peşəkar mühasib təşkilatlarının apardığı maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkilməsi və fəaliyyətin bu istiqamətdə genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Dövlət İmtahan Mərkəzinin əməkdaşları “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi ilə əlaqədar texniki məsələlərlə bağlı peşəkar mühasib təşkilatları tərəfindən verilən mühasibləri maraqlandıran sualları cavablandırmış və eləcə də bir sıra çətinliklərə aydınlıq gətirmişlər. Tədbirdə bu prosesin daha səmərəli və operativ keçirilməsi üçün təkliflər də irəli sürülmüşdür. Əsas təklif olaraq isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, APFM, ARPA və GMİB-nin ekspert və mütəxəssislərinin cəlb olunması ilə müvafiq İşçi Qrupunun yaradılması nəzərdə tutulur.

İşçi qrupunun yaradılmasında əsas məqsəd isə yaxın gələcəkdə PMS imtahanlarının təşkili prosesində Dövlət İmtahan Mərkəzi ilə peşəkar mühasib təşkilatları arasında daha yaxın əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsini, qarşılıqlı faydalı təcrübə mübadiləsini, mühasiblərin maarifləndirilməsini, qanunvericiliklə bağlı müvafiq qaydalarda dəyişikliklərin edilməsində məsləhətləşmələri, mövcud problemlərin və gələcəkdə yaranacaq sualların həllində koordinasiyanı və kompleks yanaşmanı təmin etməkdən ibarətdi.

İşçi qrupu tərkibində görüşlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Mənbə:

Sertifikasiyalar bölümünün son xəbərləri

2024-03-19 | Peşəkar Mühasib Sertifikatı imtahanları çətinləşəcək
2023-12-27 | Deputat: Ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək, onlar necə olacaq?
2021-10-05 | ARPA tərəfindən Peşəkar Mühasib Sertifikatı mövzusunda seminar keçiriləcək
2021-09-09 | Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib sertifikatı” imtahanının hər iki mərhələ üzrə vaxtlarını açıqladı (RƏSMİ)
2021-09-03 | DİM və ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) arasında Anlaşma Memorandumu imzalanıb
2021-04-05 | DİM, Peşəkar Mühasib Təşkilatları və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında görüş keçirildi
2021-03-11 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat davam edir
2021-03-03 | Peşəkar Sığortaçı Sertifikasiyası (PSS1.1) imtahanı
2021-02-23 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat başladı
2021-02-22 | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!