İctimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahəsində istifadə ediləcək ciddi hesabat blankları formaları təsdiq edildi.
2017-07-16 | Mühasibat uçotu | 5916Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 8.20-ci bəndini rəhbər tutaraq, "İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın və "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanının 5-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası
QƏRARA ALIR:
1. "Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarının 1-ci hissəsində "1-56" rəqəmləri "1-67" rəqəmləri ilə əvəz edilsin və 57-67 nömrəli əlavələr təsdiq edilsin (əlavə olunur).
2. Maliyyə Nazirliyinin aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin və bu qərardan irəli gələn digər məsələləri həll etsin.
3. Bu qərarın icrasına nəzarət nazir müavini Emin Hüseynova həvalə edilsin.
Yeni ciddi hesabat blanklarının formaları ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz.

Mühasibat uçotu bölümünün son xəbərləri |