Yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yarandığı açıqlanıb

2017-12-22 | Kadr işi | 2612

Yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yarandığı açıqlanıb.

Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və bu gündən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nda əksini tapıb.

Beləliklə, 63 yaşına çatmış kişilərin60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir.

Məsələn, 1954-cü il 20 iyul tarixində anadan olmuş, 30 il sığorta stajı olan kişinin 63,5 yaşında, yəni 2018-ci il 20 yanvar tarixində yaşa görə əmək pensiyası hüququ yaranır. 1958-ci il 15 iyul tarixində anadan olmuş, 18 il sığorta stajı olan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən sığortaolunan qadının 61,5 yaşda, yəni 2020-ci il 15 yanvar tarixində yaşa görə əmək pensiyası hüququ yaranır.

Yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası"na əsasən istənilən şəxs üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırılmaqla və ya fərdi hesabın sığorta hissəsinə azı əmək pensiyasının minimum məbləğinə təminat verən məbləğdə əlavə vəsait ödənilməklə pensiya hüququ əldə edilə bilər.

Məsələn, 1957-ci il 15 iyul tarixində anadan olmuş qadın yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2018-ci ilin 27 fevralında müraciət edir. Onun müraciət etdiyi tarixə 8 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 21187 manat pensiya kapitalı vardır. 2017-ci il 1 iyulundan - 2018-ci ilin 30 iyununadək olan dövrdə qadınlara yaşa görə pensiya təyin edilməsi üçün (21 187 / 144 = 147,3 > 110) yaş həddi 60,5 yaş müəyyən edildiyindən və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müraciət anında əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdiyi üçün, onun yaşa görə pensiya hüququ 2018-ci il 15 yanvar tarixindən yaranır. Yaxud 1954-cü il 1 sentyabr tarixində anadan olmuş, 23 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 13 000 manat pensiya kapitalına malik olan kişi 2018-ci ilin 1 oktyabrında yaşa görə pensiya təyin olunması üçün müraciət edir. 2018-ci ilin sentyabr ayının 1-də qanunla yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinə (64 yaş) çatmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas vermədiyi və həmçinin sığorta stajı 25 ildən az olduğu üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Əgər bu şəxs "Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi" Qaydasına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırarsa, onun həmin gündən yaşa görə əmək pensiyası hüququ yaranır.

Sığortaolunan kişinin pensiya hüququ fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdikdə və ya azı 25 il sığorta stajına malik olduqda yarana bilər. Bu zaman əmək pensiyası həmin şəxsə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının və ya 25 il sığorta stajının tamamlandığı gündən təyin ediləcəkdir.

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ yaranır.

Məsələn, 1963-cü il 18 avqust tarixində anadan olmuş və altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş sığortaolunan qadın 2018-ci ilin 25 avqustunda əmək pensiyası təyin edilməsi üçün müraciət edib. Müraciət etdiyi gün onun 12 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 10000 pensiya kapitalı qeydə alınmışdır. O, 2018-ci ilin fevralın 18-də yaşa görə pensiya təyin edilməsi üçün Qanunla müəyyən edilmiş 54 il altı ay (01.07.2017-30.06.2018-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 60,5 il pensiya yaş həddi 6 il, yəni hər uşağa görə 1 il azaldılmaqla) yaşa çatmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun yaşa görə pensiya hüququ yaranmır. Göstərilən sığortaolunan qadının pensiya hüququ fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdikdə və ya azı 25 il sığorta stajına malik olduqda yarana bilər. Bu zaman əmək pensiyası həmin şəxsə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının və ya 25 il sığorta stajının tamamlandığı gündən təyin ediləcək.

Məsələn, 1964-cü il 18 iyul tarixində anadan olmuş yeddi uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 29800 manat təşkil edir. Həmin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün onun 53 il altı ay yaş həddinin (01.07.2017-30.06.2018-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 60,5 il pensiya yaş həddi 7 il, yəni hər uşağa görə 1 il azaldılmaqla) tamam olduğu 2018-ci il 18 yanvar tarixindən yaşa görə əmək pensiyası hüququ yaranır.

Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Məsələn, 1964-cü il 20 avqust tarixində anadan olmuş sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ananın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 30130 manat təşkil edir. Həmin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdiyi üçün onun stajından asılı olmayaraq 57 il 6 ay yaş həddinin (01.07.2021-30.06.2022-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 62,5 il pensiya yaş həddi 5 il azaldılmaqla) tamam olduğu 20 fevral 2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi halda və ya azı 25 il sığorta stajı olduqda qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla bu şəxslərin yaşa görə əmək pensiyası hüququ var. Məsələn, 1959-cu il 14 noyabr tarixində anadan olmuş kişinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün onun sığorta stajından asılı olmayaraq 58 il altı ay yaş həddinin (01.07.2017-30.06.2018-ci il tarixədək olan dövr üçün kişilər üzrə müəyyən edilmiş 63 il 6 ay pensiya yaş həddi 5 il azaldılmaqla) tamam olduğu 2018-ci il 14 may tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.

Qanuna uyğun olaraq axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar

Mənbə: http://marja.az/news/18233?title=yasa-gore-emek-pensiyasi-huququnun-hansi-hallarda-yarandigi-aciqlanib

Kadr işi bölümünün son xəbərləri

2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!