Bu il üçün əmək qanunvericiliyinin tətbiqi ilə bağlı tədbirlər planı hazırlanıb

2018-01-10 | Kadr işi | 2597

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planı təsdiq edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, sənəd Azərbaycan prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın 5-ci "Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili" bəndinə uyğun olaraq cari il ərzində respublikanın bütün regionlarında nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq mövzularda seminar və müşavirələrin keçirilməsini nəzərdə tutur. Həmin tədbirlərin keçirilməsini təşkil etmək üçün işçi qrupu yaradılıb.

Seminar və müşavirələr "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi", "Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları", "Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları", "Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları", "Məcburi əmək və insan alverinin qarşısının alınması", "Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları", "Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar", "Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları" və s. mövzuları əhatə edəcək.

Həmçinin "Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri", "İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları", "İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları" və digər mövzularda da seminar və müşavirələrin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə işlərinin davam etdirilməsi, "Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda da cari il ərzində seminar və müşavirələrin təşkili planlaşdırılıb.

Mənbə: https://apa.az/maliyye_xeberleri/bu-il-ucun-emek-qanunvericiliyinin-tetbiqi-ile-bagli-tedbirler-plani-hazirlanib-2006.html

Kadr işi bölümünün son xəbərləri

2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!