Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
2018-01-12 | Mühasibat uçotu | 3047Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata dörə, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Qeyd edək ki, "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib.
Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:
- Maliyyə vəziyyəti haqqında.
- Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat.
- Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. QHT təmsilçiləri www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim edə bilər.

Mühasibat uçotu bölümünün son xəbərləri |