Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçiriləcək

2018-05-25 | Kadr işi | 2642

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə mayın 26-da "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında" Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, namizədlər mayın 25-i saat 18:00-dək "İmtahana buraxılış vərəqəsi"ni Vergilər Nazirliyinin inzibat binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.

İmtahan saat 11:00-da başlayacaq və Bakı şəhərində 4 binada təşkil olunacaq. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 148 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün 1520 namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərə hüquq və ixtisas (vergi) istiqamətləri üzrə, ümumilikdə 200 test tapşırığı təqdim olunur.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) "İşə qəbul. Müsabiqələr" bölməsinin müvafiq altbölməsində yerləşdirilmişdir.

İmtahan 3 s

Mənbə: https://report.az/elm-ve-tehsil/vergi-orqanlarinda-islemek-isteyen-namizedler-ucun-test-imtahani-kecirilecek/

Kadr işi bölümünün son xəbərləri

2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!