Maliyyə Nazirliyi KOS-də çalışan mühasibləri pulsuz treninqə dəvət etdi
2018-06-06 | Sertifikasiyalar | 4023Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq (SME və ya KOS)subyektlərində çalışan mühasibləri ödənişsiz təlimə dəvət edib.
Məlumata görə, ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin 4.2.5-ci "Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması" tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "KOS subyektlərində mühasibat uçotunun aparılması" mövzusunda təlimlərə başlayıb.
Təlimlər ödənişsiz olaraq, hər qrup üzrə 8-10 həftə ərzində keçiriləcək.
Qeydiyyat üçün tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi (surəti və ya skan olunmuş);
- Namizəd haqqında məlumat (CV);
- İş yeri haqqında arayış (yazılı, skan olunmuş və ya elektron hökumət portalından arayış).
Əlavə məlumat üçün tel: 012 4048159; 012 5668477.

Sertifikasiyalar bölümünün son xəbərləri |