Layihə çərçivəsində Xəzər Universitetində müzakirə keçirilib
2018-06-27 | Mühasibat uçotu | 2417Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində "Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi" adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi bu gün ölkədə yeni standartlara uyğun mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid tədris proqramının ilkin versiyasının hazırlanması, aidiyyatı qurumlara təqdim olunmasından ibarətdir.
Layihə çərçivəsində növbəti görüş 22 iyun 2018-ci il tarixində Xəzər Universitetində olub və ekspertlərin iştirakı ilə mövcud mühasibat uçotu proqramı nəzərdən keçirilib. Görüşdə Universitetin İqtisadiyyat və Menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, dekan müavini Şəhriyar Muxtarov və universitetin müəllim heyəti, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, Audit mütəxəssis Mehdi Babayev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev iştirak edirdilər. İlk öncə tədbiri giriş sözü ilə açan birliyin sədri Solmaz Əliyeva iştirakçılara layihə haqqında ətraflı məlumat verdi. Daha sonra universitetin müəllimləri mühasibat uçotu proqramı barədə geniş məlumat verdilər. Tədbir iştirakçıların müzakirələri ilə davam etdirildi və müxtəlif təkliflər səsləndirildi.

Mühasibat uçotu bölümünün son xəbərləri |