Xidməti müqaviləsi olanlar nəzarətə götürülür - YENİ QAYDALAR

2018-10-08 | Kadr işi | 3925

Azərbaycan hökuməti ölkədə geniş yayılmış əməkdaşlıq formalarından biri olan xidməti müqavilələr sektorunu nəzarətə götürməyə hazırlaşır. FED.az bildirir ki, bir qədər əvvəl qüvvəyə minmiş "Məşğulluq haqqında" yeni qanuna uyğun olaraq əslində əmək münasibətlərində istifadə olunan mülki-hüquqi müqavilələrlə bağlı maraqlı yeniliklər nəzərdə tutulur.

Qeyd edək ki, xidməti müqavilələr Azəraycanda işəgötürənlər və işçilər arasında ən geniş yayılan əməkdaşlıq formasıdır. FED.az-ın ədə etdiyi məlumatlara görə, hazırda ölkədə qeyri-rəsmi işləyənləin sayı rəsmi işləyənlərin sayına bərabərdir və bunların bir hissəsi, hətta daimi işləyənlər də məhz xidməti müqavilə əsasında çalışır.

Xidməti müqavilə ilə işləmək işəgötürənlərə üçün çox sərfəlidir. Belə ki, əmək müqaviləsi ilə işlədikdə əmək haqqının 39%-ə qədər (14% vergi + 25% DSMF) vergi ödənildiyi halda, xidməti müqavilədə vergi cəmi 4%-lə (Bu dərəcə Bakıdadır, regionlarda ümumiyətlə 2%-dir) tutulur, DSMF ödənişi isə maaşın məbləğindən asılı olmayaraq cəmi 26 manat təşkil edir.

Nəticədə işəgötürənlər və işçilər ödənilməyən vergilər hesabına böyük məbləğdə vəsaitlərə qənaət edirlər. Təbii ki, hökumət, xüsusilə də qarşısına yeni vəzifələr qoyulan DSMF və Vergilər Nazirliyi belə vəziyətlə razılaşa bilməzdi və nəticədə yeni təsdiqlənən "Məşğulluq haqqında" qanunda vəziyyətin yeni formada tənzimlənməsi nəzərdə tutulur.

FED.az-ın məlumatına görə, qanuna uyğun olaraq xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır və yaxın vaxtlardan tətbiqinə başlanacaq.

Əsas yeniliklərdən biri xidməti müqavilə ilə çalışanların Siyahısının tutulması olacaq. Nazirliyin nəzdindəki məşğulluq xidmətinin şöbə müdiri İsa Həsənov bildirib ki, nazirliyin saytında yaradılacaq məşğul şəxslərin reyestrində xidməti müqavilə ilə çalışanlar da əksini tapacaq (indiyədək burada yalnız əmək müqaviləsi ilə işləyənlər göstərilirdi - FED.az). Nəticədə ölkədə bütün işləyənlər qeydə alınacaq, elcə də onların hansı formada - əmək müqaviləsi və ya xidməti müqavilə ilə çalışdığı göstəriləcək.

Bundan başqa, mülki-hüquqi müqavilə (yəni xidməti müqavilə ilə) çalışanlarla bağlı yeni tələblər qoyulacaq. Belə ki, real olaraq daimi işlə çalışanların xidməti müqavilə ilə çalışması qadağan ediləcək. Xidməti müqavilə yalnız müvəqqəti olan və ya iş yerinə standart qrafiklə gəlmək tələb olunmayan işlərdə icazə veriləcək: "Əgər işçi 3-4 ildir çalışırsa, üstəlik hər gün saat 9-da gəlib 6-da gedirsə, bu artıq əmək münasibətidir. Belə çıxır ki, həmin həxs daimi işçi kimi çalışır və onun xidməti müqavilə ilə çalışması düzgün deyil".

Yeni yanaşma belə işlərdə çalışanların xidməti müqavilədən əmək müqaviləsinə keçidini nəzərdə tutur: "Yanaşma odur ki, kimlər ki, daimi işlərdə işləyirlər, onların xidməti müqavilələri dəyişib əmək müqaviləsinə daxil edilməlidir. Elə işlər var ki, işçi həmin işlərdə daima iş yerində olmalıdır. Məsələn, ofisiant, satıcı və sair".

Xidməti müqavilələr isə konkret qrafiki olmayanlar üçün məqbul olacaq: "Tutaq ki, şirkət daxili kompüter şəbəkəsinə xidmət göstərilməsi üçün işçi axtarır, daxildən bir daimi işçi istəmirsə, mütəxəssisə müraciət edir. O hərdən gəlib nəzarət edir – belə şəxslər xidməti müqavilə ilə işləyə bilərlər".

Müvəqqəti işlərə gəlincə, şöbə müdirinin sözlərinə görə, 3-4 aylıq, maksimum 6 aylıq işlər xidməti müqavilə ilə tənzimlənə bilər. Amma hələ bu məsələ müzakirə edilir.

Mənbə: http://www.fed.az/az/news/read/48342

Kadr işi bölümünün son xəbərləri

2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!