Mühasiblərin peşəkar sertifikasiyası - xarici təcrübə (Polşa).

2018-10-09 | Sertifikasiyalar | 4585

02.10.2018 tarixində Dünya BankıAzərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasıdır (ARPA)-nın təşkil etdiyi "Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər" mövzusu altında keçirilən Mühasiblərin Beynəlxalq Forumunda bir çox xarici ölkələrin nümayəndələri, ölkəmizdə tanınmış şirkətlərin peşəkar mütəxəssisləri və müstəgil peşəkar mühasiblərin çox faydalı çıxışları hamının diqqətini cəlb etdi. Forumda mühasibatlıq peşəsinin sertifikasiyası, bu yolda olan problemlər və perspektivlər geniş müzakirə edildi.

Bundan başqa, forum zamanı olan nahar və istirahət vaxtlarında yerli və xarici mütəxəssislər ilə müzakirələr, təcrübə mübadiləsi də çox faydalı keçdi.

Bu yazıda istərdim muhasib.az saytının oxucularını Polşada mühasiblərin peşkar sertifikasiyası sistemi ilə tanış edim. Forumda Polşanın Mühasiblər Assosiyasıyasını Varşava İqtisadiyyat Məktəbinin (Warsaw School of Economics) professoru Anna Karmanska təmsil edirdi. Onun çıxışından bizə faydalı olan bəzi məqamlara toxunacayıq. Ümid edirəm ki, bu araşdırmamız ölkəmizdə peşəkar sertifikasiya sisteminin qurulmasında faydalı olacaq.

İlk öncə onu qeyd edim ki, Polşada mühasiblərin və maliyyə mütəxəssislərinin birləşdiyi ən böyük və gədim təşkilat olan Polşa Mühasiblərinin Assosiyasıyası (ACCOUNTANTS ASSOCIATION IN POLAND - bundan sonra - AAP) - 1907-ci ildə təsis edilmişdir. 1989-cu ildə bu təşkilat IFAC üzvü oldu. AAP-ın 22 000 üzvü ölkənin 26 bölgəsində fəaliyyət göstərir. AAP –ın məsləhətçi orqanı olan Elmi Şurası dünyanın elmi cəmiyyətləri ilə əməkdaşlıq edir.

Təşkilatın Etik Komissiyası mühasibatlıq sahəsində peşəkar etik davranışların təbliğatını aparır (Mühasibat uçotunda Peşəkar Etik Kodeksi bu komissiya tərəfindən hazırlanıbır).

AAP-ın xüsusi tədris-nəşriyyat (Mühasiblərin Peşəkar Sertifikasiya İnstitutu) və 26 qeyri-hökümət tədris bölməsi mövcuddur. 2017-ci ildə AAP 86 956 şəxsə təlim keçmişdir (kurslarda 23 523 nəfər, seminar və konfranslarda 41 958 nəfər iştirak etmişdir).

2009-cu ildə AAP 4 pilləli mühasibat sertifikasiya sistemini təqdim etdi.

Statistik göstəricilər.

Polşanın əhalisi 38 milyondur. Polşada mühasiblərin 6.9% kişi, 93.1% qadın, mühasiblərin 94% ali təhsillidir, 82% kommersiya sektorunda, 18% dövlət sektorunda çalışır. Mühasiblərin orta yaşı 32-dir.

Polşada sertifikasiya

Bu günə kimi Polşanın Maliyyə Nazirliyi mühasibat xidmətlərinin göstərilməsi icazəsini verən 69 184 şəxsə sertifikat verib (2014-cü ilin May ayında mühasibat uçotu xidmətlərinin liberallaşdırılması ilə bağlı qanunvericilikdə edilən dəyişiklərdən sonra Maliyyə Nazirliyi sertifikat verməyi dayandırıbdır).

Polşanın Auditorlar Palatasında (Polish Chamber of Statutory Auditors) 6 263 auditor qeydiyyatda var. Polşanın Milli Vergi Məsləhətçiləri Palatasının (National Chamber of Tax Advisors) üzvlərinin sayı isə 8 844 nəfərdir.

Sertifikasiya sisteminin əsas aspektləri

2017-ci ildə AAP 19 462 şəxsə təlim keçmişdir.

İmtahanlar Regional İmtahan Komissiyaları tərəfindən regional şöbələrdə və Ümumi imtahan Komissiyası tərəfindən həyata keçirilir.

AAP sertifikasiya sistemində davamlı peşə inkişaf sistemi (IV səviyyə) tətbiq edir - bundan sonra CPD (continuing professional development).

Sertifikatlaşdırılmış mühasiblərin dövlət reyestri aparılır.

AAP-ın nəzdində olan İşəgötürənlər Şurası mühasibatlıq peşəsində işləyənlərə qayğı və işə düzəlmələrində kömək göstərmək üçün yaradılmış məsləhətçi və rəy verici orqan kimi fəaliyyət göstərir.

AAP təşkil etdiyi 4 pilləli sertifikasiya sistemin pillələri aşağıdakı kimidir:

1-ci səviyyə - mühasib (accountant) - 8 639 nəfər*;

2-ci səviyyə - mühasibat uçotu mütəxəssisi (accounting specialist) - 7 800 nəfər*;

3-cü səviyyə - baş mühasib (chief accountant) - 2 916 nəfər*;

4-cü səviyyə - sertifikatlı mühasib (certified accountant) - 107 nəfər*;

*Qeyd: 2017-ci ildə təlim keçmiş şəxslərin sayı

İmtahanlarda olan fənnlər aşağıdakı kimidir:

1-ci səviyyə. Mühasib (accountant)

  • Maliyyə uçotunun əsasları və peşəkar etika (Basics of financial accounting with elements of professional ethics)
  • Mülki hüquqdan seçmələr (Selected public-law issues)

2-ci səviyyə. Mühasibat uçotu mütəxəssisi (accounting specialist)

  • Maliyyə uçotu və peşəkar etika (Financial accounting with elements of professional ethics)
  • Vergi hüququ (Tax law)
  • Vergi hüququ, sosial sığorta və iqtisadi hüquqdan seçmələr (Selected issues of tax law, social insurance and economic law)

3-cü səviyyə. Baş mühasib (chief accountant)

  • Maliyyə uçotu 2, peşəkar etika və İT (Advanced financial accounting with elements of ethics and IT technology)
  • Maya dəyərinin kalkulyasiyası, idarəetmə uçotu və maliyyə menecmenti (Cost accounting, basics of management accounting and financial management)
  • Maliyyə hesabatları və onların təhlili (Financial statements and their analysis)
  • Vergi hüququ (Tax law – with current case law and interpretations)
  • İqtisadi hüquqdan seçmələr (Economic law – selected issues)

4-cü səviyyə. Sertifikatlı mühasib (certified accountant)

  • Maliyyə menecmenti (Financial management – selected issues)
  • İdarəetmə uçotu (Management accounting)
  • Vergi uçotunun idarəedilməsi (Active management of tax settlements)

Davamlı peşə inkişaf sistemi - CPD (continuing professional development).

CPD daxil olan fənnlər: mühasibatlıq, maliyyə, daxili audit, idarəetmə və İnsan resursları, əmək haqqı və sığorta, vergilər və rüsumlar, iqtisadi hüquq, mühasibatləqda İT sistemlər və idarəetmə, peşəkar etika.

Bundan başqa, davamlı peşə inkişaf sistemi (CPD ) üzrə peşəkar mühasib 3 il ərzində 120 saat treninqlərdə iştirak etməlidir (hər il ən azı 20 saat). CPD qaydalarının pozulması sertifikatlı mühasiblərin reyestrindən çıxarılması ilə nəticələnir. Treninqlər AAP-ın qeyhi-hökümət qurumları tərəfindən keçirilir.

AAP üzvləri və peşəkar mühasiblər üçün keçirilən tədbirlər

AAP il ərzində öz üzvləri və peşəkar mühasiblərə faydalı olan bir çox tədbirlər keçirir. Bura seminarlar, konfranslar daxildir. Bundan başqa, qurum mühasibat sahəsində bir çox faydalı nəşrlər də buraxıb.

Bundan başqa, AAP öz üzvləri və peşəkar mühasiblər üçün görüşlər (Mühasiblər günü), müsabiqələr(Gələcəyin mühasibləri müsabiqəsi), idman tədbirləri(mühasiblər arasında xizək yarışları) və s maraqlı tədbirlər təşkil edir.

Mənbə:

Sertifikasiyalar bölümünün son xəbərləri

2024-03-19 | Peşəkar Mühasib Sertifikatı imtahanları çətinləşəcək
2023-12-27 | Deputat: Ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək, onlar necə olacaq?
2021-10-05 | ARPA tərəfindən Peşəkar Mühasib Sertifikatı mövzusunda seminar keçiriləcək
2021-09-09 | Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib sertifikatı” imtahanının hər iki mərhələ üzrə vaxtlarını açıqladı (RƏSMİ)
2021-09-03 | DİM və ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) arasında Anlaşma Memorandumu imzalanıb
2021-04-05 | DİM, Peşəkar Mühasib Təşkilatları və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında görüş keçirildi
2021-03-11 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat davam edir
2021-03-03 | Peşəkar Sığortaçı Sertifikasiyası (PSS1.1) imtahanı
2021-02-23 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat başladı
2021-02-22 | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!