Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edir (YENİLƏNMİŞ)

2019-02-06 | Kadr işi | 3039

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 31.01.2019-cu il saat 10:00-dan 20.02.2019-cu il saat 24:00-dək həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər

  • Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır);
  • Yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir);
  • MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir.

Elektron ərizə üzrə tələb olunan sənədlər

  • Sağlamlıq haqqında tibbi arayış;
  • Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
  • Məhkumluğun olmaması barədə arayışın surəti;
  • Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti.
  • Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə iştirak

  • Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.
  • Namizədlər internet vasitəsilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
  • Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqlar. 

İmtahanın keçirilməsi

  • Elektron ərizə vermiş namizədlər 27-29.03.2019-cu il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi 16) götürməlidirlər.
  • Müsabiqənin test imtahanı mərhələsi 30.03.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.
  • Test imtahanı mərhələsində namizədlərə təqdim ediləcək 100 test tapşırığından 80-ni özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir;
  • Test imtahanı mərhələsində namizədlərə təqdim ediləcək 100 test tapşırığından 20-ni məntiqi təfəkkürün yoxlanılması üzrə test tapşırıqları təşkil edəcək.

Üstünlük verilən namizədlər

  • Xarici dil biliklərinə və elmi dərəcəyə malik olanlar;
  • son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olanlar.

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
  • üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
  • qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar istisna olmaqla);
  • müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla, çağırış yaşlı vətəndaşlar.

Mənbə: http://www.taxes.gov.az/modul.php?name=musabiqe&news=101

Kadr işi bölümünün son xəbərləri

2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!