"CFA-I" imtahanına hazırlıq kursu

2014-04-30 | Sertifikasiyalar | 4426

Kapital Bazarı üzrə Təlim Mərkəzi CFA imtahanının birinci mərhələsinə hazırlıq kursu elan edir. Hazırlıq kursu 2014-cü ilin iyun ayından 2014-cü ilin dekabr ayına qədər davam edəcək.

Təlim, öyrənmək vaxtına qənaət, sorğu-sual prosesi, digər namizədlərlə birgə hazırlaşmaq kimi üstünlükləri özündə birləşdirir. Təlim CFA-II və CFA-III dərəcəli təlimçilər tərəfindən ingilis dilində keçiriləcək. Təlimçilərimiz öz təcrübəsindən istifadə etməklə CFA proqramının mövzularını namizədlərə düzgün prioritetləşdirilmiş şəkildə təqdim etməklə imtahana hazırlayacaqlar.

Təlim haqqında:

Dərslər 6 ay çərçivəsində həftədə 2 dəfə keçiriləcəkdir. Hər dərsin müddəti 2.5 saat olmaqla, birinci saatın sonunda 15 dəqiqəlik fasilə ilə nəzərdə tutulub. İlk 5 ay təlim materiallarının təqdim edilməsi, sonuncu ay isə təkrar və imtahana hazırlıq müddəti kimi nəzərdə tutulub. Təlim materialları mərkəz tərəfindən təmin olunacaqdır. Təlim zamanı müntəzəm olaraq testlər, sonda isə sınaq imtahanları təşkil olunacaqdır. Son sınaq imtahanını uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

Təlimin məqsədləri:

  • Namizədlərin CFA-I imtahanının uğurlu keçirilməsini təmin etmək;
  • Azərbaycanda CFA dərəcəsinə malik olan peşəkarların sayını artırmaq;
  • Azərbaycanın kapital bazarına beynəlxalq təcrübənin inteqrasiyasını təmin etmək.
Tələb olunan biliklər:
  • İngilis dilinin yüksək səviyyədə olması;
  • Statistik və riyazi biliklərinin olması arzu olunandır, amma şərt deyil.
Qeyd: CFA-I imtahanını uğurla bitirmiş namizədlər Mərkəz tərəfindən 5% təlim haqqı məbləğində mükafatlandırılacaqlar.

Təlimdə qeydiyyatdan keçmək üçün www.cmtc.gov.az internet səhifədən istifadə edə və ya bizimlə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Sahib Zeynalov küç. 9/7

Tel: (+994 12) 498 16 77

Mənbə: http://www.marja.az

Sertifikasiyalar bölümünün son xəbərləri

2024-03-19 | Peşəkar Mühasib Sertifikatı imtahanları çətinləşəcək
2023-12-27 | Deputat: Ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək, onlar necə olacaq?
2021-10-05 | ARPA tərəfindən Peşəkar Mühasib Sertifikatı mövzusunda seminar keçiriləcək
2021-09-09 | Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib sertifikatı” imtahanının hər iki mərhələ üzrə vaxtlarını açıqladı (RƏSMİ)
2021-09-03 | DİM və ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) arasında Anlaşma Memorandumu imzalanıb
2021-04-05 | DİM, Peşəkar Mühasib Təşkilatları və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında görüş keçirildi
2021-03-11 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat davam edir
2021-03-03 | Peşəkar Sığortaçı Sertifikasiyası (PSS1.1) imtahanı
2021-02-23 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat başladı
2021-02-22 | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!