Sual - Cavab


Sual ver  |  Bütün suallar

Əmlak icarəsi

Əmlak icarəsindən gəlir əldə edən şirkət hansı vergi növünün ödəyicisidir?

2019-11-22 | Vergilər | Baxılıb: 2184 dəfə

Vergitutma məqsədləri üçün xərcin aid olduğu dövrün müəyyən edilməsi

aimi əsaslarla göstərilən xidmətlər üçün elektron qaimə-faktura (EQF) və ya elektron vergi hesab faktura (EVHF) həmin ay ərzində və ya ay sonu deyil, növbəti ayda təqdim edilir. Bu zaman vergitutma məqsədləri üçün xərcin aid olduğu dövr EQF (EVHF) təqdim edildiyi dövr (EQF-nın və ya EVHF-nın tarixi), yoxsa xidmətin göstərildiyi dövr olmalıdır? Bu halda vergi ödəyicisi vergitutma məqsədləri üçün xidməthaqqı xərcini dekabr 2019-cu ilə, yoxsa EQF-nin təqdim edildiyi yanvar 2020-ci ilə aid etməlidir?

2019-11-20 | Vergilər | Baxılıb: 1821 dəfə

Əmlakın dəyişdirilməsi zamanı vergi öhdəliyi

Vergi Məcəlləsində ev satışı zamanı vətəndaşların vergi ödənişi olduğu bildirilir. Lakin ev satışı həyata keçirilmir və sadəcə yaşayış yerləri dəyişdirilirsə, bu zaman vergi öhdəliyi necə olacaq?

2019-11-20 | Vergilər | Baxılıb: 2139 dəfə

Vergilər üzrə borcların dövlət büdcəsinə alınması haqqında sərəncam bir neçə banka verildikdə...

Vergi orqanının sərəncamı bir neçə banka verildikdə və banklardan biri həmin sərəncamı ödədiyi halda digər banklara ödənişin birinci bank tərəfindən həyata keçirilməsi barədə sənəd daxil olursa, vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, həmin vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.

Lakin ödəniş bank ilə yox, ƏDV depozit hesabı vasitəsilə ödənilibsə və ödənişin apaılması ilə bağlı sənəd banka daxil olubsa, həmin sənədə əsasən vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və ya maliyyə sanksiyalarının dövılət büdcəsinə alınmasını və ya ödənilməsini təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla belə vəsaitlər üzrə sərəncamın icrasını dayandıra bilərmi?

2019-11-15 | Vergilər | Baxılıb: 1945 dəfə

Nizamnamə kapitalına pay qoyuluşu zamanı vergi azadolmaları

Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə müvafiq olaraq idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) vergidən azaddır. Bu azadolmanın proseduru necə həyata keçirilir?

2019-11-13 | Vergilər | Baxılıb: 2304 dəfə

Ana müəssisə ilə törəmə müəssisə arasında maliyyə hesablaşmaları

Ana müəssisə törəmə müəssisəyə maliyyə yardımı kimi pul vəsaiti verir. Bu zaman ana müəssisə mənfəət vergisi bəyannaməsində verdiyi maliyyə yardımını öz xərcinə sala bilərmi? Törəmə müəssisənin ana müəssisədən aldığı pul vəsaiti törəmə müəssisənin gəliri sayılırmı və törəmə müəssisənin mənfəət vergisi bəyannaməsində gəlir kimi göstərilməlidirmi?

2019-11-04 | Mühasibat uçotu | Baxılıb: 2039 dəfə

ƏDV əməliyyatları

ƏDV ödəyicisi olan və olmayan şirkətlər arasında ƏDV əməliyyatları necə aparılır?

2019-10-31 | Vergilər | Baxılıb: 2075 dəfə

Konservasiya edilmiş əsas vəsaitlərdən əmlak vergisinin hesablanması

Şirkətin konservasiya edilmiş (fəaliyyəti dayandırılmış) əsas vəsaitləri var. Vergi Məcəlləsinə görə onlara amortizasiya hesablanmır. Konservasiya edilmiş əsas vəsaitlərdən əmlak vergisi hesablanacaqmı?

2019-10-31 | Vergilər | Baxılıb: 1984 dəfə

Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi

Mənfəət vergisinin ödəyicisi olan işəgötürən tərəfindən işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162-ci (Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) maddəsinin birinci hissəsində nəzərdə tutulan minimum məbləğdən daha artıq məbləğ ödənilərsə, həmin artıq məbləğ işəgötürənin vergi tutulan gəlirlərindən çıxıla bilərmi?

2019-10-29 | Kadr işi | Baxılıb: 2312 dəfə

Xırda istehsal fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın vergi öhdəliyi

Fərdi sahibkar xırda istehsal fəaliyyəti ilə məşğuldur və 3 nəfər işçisi var. Bu halda o, sadələşdirilmiş verginin ödəyicisi kimi 2 faiz dərəcə ilə vergi ödəyə bilərmi?

2019-10-29 | Vergilər | Baxılıb: 2135 dəfə

VÖEN-in bağlanması

VÖEN-i onlayn qaydada, yəni internet vasitəsilə bağlamaq mümkündürmü? VÖEN-in aktiv olub-olmadığını necə yoxlamaq olar?

2019-10-17 | Vergilər | Baxılıb: 2781 dəfə

ƏDV-nin əvəzləşdirilməsi

Müəssisə ƏDV tutulan əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar da aparır. ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği xüsusi çəki metodu, yoxsa tam məbləğdə əvəzləşdirilir?

2019-09-30 | Vergilər | Baxılıb: 2665 dəfə

ƏDV ödəməyən müəssisə sertifikatı necə icra etməlidir?

ƏDV ödəyicisi olan müəssisənin müştərilərinin əksəriyyəti vergiyə "0" faiz dərəcəsi ilə cəlb olunur. Müəssisə bu halda ƏDV hesabatını "0" dərəcəyə görə verdikdə hansı addımları atmalıdır? "0" faiz dərəcəsi üzrə sertifikatı necə icra etməlidir?

2019-09-25 | Vergilər | Baxılıb: 1828 dəfə

Bəyannamədə istehsal prosesi ilə bağlı olmayan xərcləri necə göstərməli?

Hesablama metodu ilə uçot aparan istehsal müəssisəsi ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri belədir ki, 2018-ci ildə hazır məhsulun istehsal edilməsinə 200 min manat xammal və material, istehsal prosesinə cəlb edilmiş işçilərin əməkhaqqına (o, cümlədən sosial sığorta) 50 min manat, istehsal prosesində istifadə olunan avadanlıqların amortizasiyasına 20 min manat və istehsal binası ilə bağlı sair məsrəflərə (icarə, kommunal, mühafizə və s.) 30 min manat xərclənib. Hesabat dövrü ərzində istehsal edilən hazır məhsulun yarısı satılıb. İstehsal prosesi ilə bağlı olmayan (yəni inzibati və satışla bağlı) xərclər 50 min manat təşkil edib (əməkhaqqı, icarə, kommunal, nəqliyyat, amortizasiya və sair). Belə olan halda 2018-ci ilin mənfəət vergisi bəyannaməsində xərc kimi istehsal prosesi ilə bağlı olmayan xərcləri (yəni inzibati və satışla bağlı) tam olaraq əks etdirmək olarmı? Əks halda hansı qaydaya istinad edilməlidir? Həmin bəyannamədə istehsal prosesi ilə bağlı xərcləri də tam əks etdirmək olarmı?

2019-09-24 | Vergilər | Baxılıb: 2670 dəfə

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

Müəssisə mənfəət vergisi ödəyicisidir, işçilərinə əməkhaqqı verir, əməkhaqqı məbləği 8.000 manatdan az olduğuna görə ödəmə mənbəyində vergi tutulmur. Ödəmə mənbəyində vergi tutulmadığı üçün Vergi Məcəlləsinin 150.3.3.3-cü maddəsinə əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilməsi üçün vergi orqanına müraciət edə bilərikmi?

2019-09-23 | Vergilər | Baxılıb: 1922 dəfə

Əcnəbilərin gəlirləri vergiyə cəlb olunurmu?

Xarici şirkətlərin Azərbaycandakı filialları respublika ərazisində rezident olan sifarişçi şirkətlər üçün xidmət göstərirlər. Bu xidmətin yerinə yetirilməsi üçün ana şirkət olan qeyri-rezident şirkətin baş ofisi ilə əmək müqaviləsi bağlayaraq işləyən xarici vətəndaşlar Azərbaycana ezam olunurlar. Burada gördükləri işlərə görə baş ofisdən məvacib alır, digər sosial xarakterli xərcləri (mənzil kirayəsi, nəqliyyat, kommunikasiya, yemək xərcləri) Azərbaycandakı filialı tərəfindən ödənilir. Məvaciblər isə sonradan baş ofisin Azərbaycandakı filialının verdiyi hesab-faktura əsasında əvəzi ödənilir. Bu zaman xarici vətəndaşların hansı gəlirləri, hansı qaydada vergiyə, sosial sığorta ödənişlərinin hesablanmasına cəlb olunmalıdır? Xarici vətəndaşların Azərbaycan ərazisində xidmət göstərmək üçün bağlanmış ezamiyyə müqavilələri mülki-hüquqi müqavilələr sırasına aid edilirmi?

2019-09-18 | Vergilər | Baxılıb: 1866 dəfə

ƏDV-nin əvəzləşdirilməsi

Müəssisə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tikinti layihəsini icra edir və səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsusdur. Bu zaman alınmış mallara görə ödənilmiş ƏDV əvəzləşdirilə bilərmi?

2019-09-18 | Vergilər | Baxılıb: 2855 dəfə

Faktiki qiymət, yoxsa gömrük rüsumu?

Müəssisə xaricdən satış üçün mebel idxal edir və ödənişlər satışdan sonra bank vasitəsilə hissə-hissə xarici şirkətə köçürülür. Malın dəyərinin ödənişi ilə əlaqədar əməliyyatlar sonradan aparıldığı üçün gömrük orqanı tərəfindən faktiki malın invoys dəyəri qaldırılaraq, yüksək dəyərlə qiymətləndirilir. Bununla əlaqədar malın dəyəri süni şəkildə artırılır. Bəs həmin mallar təqdim olunanda hesabat üzrə faktiki qiymətlə, yoxsa gömrük dəyəri ilə bəyan edilməlidir?

2019-09-18 | Mühasibat uçotu | Baxılıb: 2539 dəfə

Tikintiyə ödənilən vəsait şirkətin mənfəətindən çıxılırmı?

ƏDV ödəyicisi olan şirkət icarəyə torpaq götürüb, tikinti şirkəti ilə müqavilə əsasında ofis tikintisini həyata keçirir. İşlərin həyata keçirilməsi zamanı ödənişlər müqavilə əsasında avans şəklində ödənilir və kapital qoyuluşu hesabında qeyd olunur. Obyektin tikintisi 2020-ci ildə planlaşdırılır, müvafiq təhvil-təslim sənədləri veriləndən sonra əsas vəsaitlər hesabına köçürüləcək. Belə olan halda tikintiyə ödənilən vəsait şirkətin sərbəst mənfəətindən çıxılmalıdırmı, yoxsa yalnız amortizasiya xərcləri mənfəətə təsir göstərəcək?

2019-09-18 | Vergilər | Baxılıb: 2098 dəfə

Sahibkarlıq fəaliyyəti subyektlərinə xidmət göstərən sahibkarın vergi öhdəliyi

Fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslərə hansı vergi növü tətbiq edilir?

2019-09-11 | Vergilər | Baxılıb: 2392 dəfə

Səhifələr: <<   <   1   2   3   4   5   6   7   >   >>  

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!