İşəmuzd ödənilmə sistemiƏmək haqqının işəmuzd ödənilmə sistemində əmək haqqı işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcminə görə hesablanır. İşəmuzd ödənilmə sistemi o sahələrində tətbiq olunur ki, orada istehsal olunan məhsulu, görülən iş və xidmətlərin həcmini ölçmək və sərf edilən əməyi normalaşdırmaq mümkündür. Əməyin işəmuzd ödənilmə sisteminin bir neçə növü vardır:
Sadə işəmuzd ödənilmə sistemi Sadə işəmuzd sistemində işçilərin əmək haqqısı müəyyən olunmuş işəmuzd dərəcələr və istehsal etdiyi məhsulun miqdarı əsasında hesablanır. Bu sistem çox sadədir və lazım gəldikdə istər istehsal normaları, istərsə də tarif qiymətləri nəzərdən keçirilib dəyişdirilə bilər. İşçinin əmək haqqısı aşağıdakı kimi hesablanır:
İşəmuzd tarif dərəcəsi aşağıdakı formul ilə müəyyən edilir:
İstehsal norması - işçinin 1 iş vaxtı vahidinə görə istehsal etməli olduğu məhsulun (işlərin, xidmətlərin) miqdarıdır (misal üçün, 1 iş saatına görə 5 məhsul istehsal etmək). İstehsal norması müəssisə rəhbərliyi tərəfindən müəyyən edilir. Saatlıq(gündəlik) tarif dərəcəsi müəssisənin ştat cədvəlində təsdiq edilir.
Misal.
Müəssisənin ştat cədvəlində Məmmədovun saatlıq tarif dərəcəsi - 20 manat/saat müəyyən edilib. İstehsal norması isə - 1 saata 2 ədəd məhsul istehsal etmək lazımdır. Cari ilin avqust ayında işçi 95 ədəd məhsul istehsal edibdir. 1 məhsula görə işəmuzd tarif dərəcəsini hesablayaq: 20 man. / 2 əd. = 10 manat/əd Məmmədovun əmək haqqısı cari ilin avqust ayı üçün olacaqdır: 10 man. * 95 əd. = 950 manat İşəmuzd - mükafat ödənilmə sistemi İşəmuzd - mükafat formasında işçilərə müəyyən olunmuş istehsal normalarının artıqlaması ilə yerinə yetirilməsi və keyfiyyət göstəricilərini yüksəltdilməsinə görə əlavə olaraq mükafat hesablanır. Mükafatlar həm sabit formada, həm də hesablanmış əmək haqqının müəyyən faizi miqdarında təyin edilə bilər. Mükafatların hesablanması barədə "Mükafatlar" bölməsində məlumat ala bilərsiniz. İşəmuzd-mükafat sistemində əmək haqqı sadə işəmuzd sistemində olduğu kimi hesablanır. Mükafatın məbləği əmək haqqına əlavə olunur və əmək haqqı ilə birlikdə ödənilir.
Misal.
3-cü dərəcəli tornaçı Məmmədova əmək haqqının işəmuzd ödənilmə sistemi təyin edilibdir. 3-cü dərəcəli tornaçının 1 hazır məhsula görə işəmuzd tarif dərəcəsi 5 manatdır. Müəssisə rəhbərinin əmrinə görə əsas istehsalın işçilərinə cari ayda zay məhsulun olmamasına görə hər ay əlavə 90 manat mükafat ödənilir. Cari ilin avqust ayında 3-cü dərəcəli ornaçı Məmmədov 110 ədəd məhsul istehsal etmişdir. Eyni zamanda, həmin dövr üzrə heç bir zay məhsul olmamışdır. Məmmədovun əsas əmək haqqısı cari ilin avqust ayında olacaqdır: 5 man. * 110 əd. = 550 manat Məmmədovun cari ilin avqust ayı üçün cəmi hesablanan əmək haqqısı olacaqdır: 550 manat + 90 manat = 640 manat İşəmuzd - mütərəqqi (proqressiv) ödənilmə sistemi İşəmuzd - mütərəqqi (proqressiv) ödənilmə sistemində işəmuzd tarif dərəcəsi istehsal edilən məhsulun miqdarından asılı olaraq dəyişir. Nə qədər çox məhsul istehsal edilibsə, işəmuzd tarif dərəcəsi daha çox olacaqdır.
Misal.
Müəssisədə aşağıdakı işəmuzd tarif dərəcələri təyin edilmişdir:
Cari ilin avqust ayında 3-cü dərəcəli tornaçı Məmmədov 120 ədəd məhsul hazırlamışdır. Məmmədovun əmək haqqısı avqust ayı üçün olacaqdır: (110 əd. * 5 man.) + (10 əd. * 6 man.) = 610 man. İşəmuzd-dolayısı ödənilmə sistemi İşəmuzd-dolayısı ödənilmə sistemi adətən xidmət və köməkçi istehsalat işçilərinə təyin edilə bilər. Bu ödənilmə sistemində xidmət və köməkçi istehsalat işçilərinin əmək haqqısı əsas istehsalat işçilərinə işəmuzd ödənilmə sistemi ilə hesablanmış əmək haqqısından asılıdır. Belə ki, xidmət və köməkçi istehsalat işçilərinin əmək haqqısı onların xidmət göstərdikləri əsas istehsalat sahəsində işləyən işçilərin əmək haqssının müəyyən faizi əsasında hesablanır.
Misal.
Köməkçi istehsalat bölməsində işləyən Məmmədovanın işəmuzd-dolayısı əmək haqqının ödənilmə sistemi təyin edilibdir. O, əsas istehsalat işçilərinə hesablanmış əmək haqqının 5% miqdarında əmək haqqı alır. Cari ilin avqust ayında əsas istehsalat işçilərinə hesablanmış əmək haqqı 10 000 manat olmuşdur. Məmmədovanın əmək haqqısı avqust ayı üçün olacaqdır: 10 000 * 5% = 500 man. Akkord ödənilmə sistemi. Əmək haqqının akkord ödənilmə sistemi briqada şəklində işləyən işçilərin əmək haqqlarının ödənilməsi üçün istifadə edilir. Akkord ödənilmə sistemində bir neçə nəfərdən ibarət olan briqadaya müəyyən vaxtda yerinə yetirilməli olan tapşırıq verilir. Tapşırığın vaxtında yerinə yetirilməsinə görə briqdaya pul mükafatı verilir. Briqadaya verilən pul mükafatı briqdada çalışan işçilər müəyyən şərtlərə görə bölünür. Misal üçün, tapşırığın yerinə yetirilməsi zamanı işlədikləri vaxtda görə. Hər bir tapşırığın qiyməti müəssisə rəhbərliyi və briqdada çalışan işçilər arasında razılaşdırılır.
Misal.
A müəssisəsində çalışan 3 nəfərdən ibarət olan briqada (2 çilingər və 1 nizamlayıcı) qaldırıcı kranın təmirini 3 günə (24 iş saatı) həyata keçirmişdir. Müəssisə rəhbərliyi ilə razılaşdırılan tapşırığın qiyməti 2 400 manatdır. Cari ilin avqust ayında əsas istehsalat işçilərinə hesablanmış əmək haqqı 10 000 manat olmuşdur. Çilingərlər 18 saat işləmişdirlər, nizamlayıcı isə 6 saat. Çilingərlərə görülmüş işlərə görə hesablanmış məbləğ olacaqdır: 2 400 / 24 saat * 18 saat = 1 800 man. Hər bir çilingər alacaqdır: 1 800 man. / 2 = 900 man. Nizamlayıcı isə alacaqdır: 2 400 man / 24 saat * 6 saat = 600 man. Beləliklə, əmək haqqının akkord ödənilmə sistemində müəyyən işin yerinə yetirilməsi nəticəsində aparılan ödəniş sistemi nəzərdə tutulur. Əmək haqqının həcmi görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək iş həcmi üzrə icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəssisələrində, auditor xidmətinin təşkilində tətbiq edilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-02-14 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!