Uşaqlı qadınların əlavə məzuniyyətləri

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin yuxarıda nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.

Yuxarıda müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Uşaqlı qadınlara aid edilən əlavə məzuniyyətlər aşağıda qeyd edilən işçilərə verilmir:

  • Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər;
  • Yaşı 16-dan az və 16 yaşından 18 yaşınadək olan işçilər;
  • Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər;
  • Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçiləri.

Yuxarıda qeyd edilən işçilərə verilən məzuniyyət xüsusi qaydada müəyyən edilir.

Qeyd:

İşçinin istəyi ilə ona istifadə etmədiyi əmək (əsas və əlavə) məzuniyyət günlərinə görə, o cümlədən, uşaqlı qadınların əlavə məzuniyyətlərinə görə kompensasiya (pul əvəzi) verilə bilər.



Yazı sonuncu dəfə 2019-03-14 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!