Əmək müqaviləsinə xitam verilməƏmək müqaviləsinə bir neçə əsaslara görə xitam verilə bilər. Bu əsaslar və xitam vermə qaydaları AR Əmək Məcəlləsinin 68-ci maddəsində müəyyən edilibdir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
İşəgötürən tərəfindən əmək müqaviləsinə yuxarida qeyd edilən əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək müqaviləsinə hər-hansı bir səbəbdən xitam verildikdə, bu əməliyyat müvafiq qaydada sənədləşdirilməli və işçiyə qanunvericiklə müəyyən edilmiş qaydada son haqq-hesab verilməlidir. Onu da qeyd etmək lazımdır ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsinə əsasən - vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi Əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar Elektron Hökümət (www.e-gov.az) sistemi vasitəsilə "Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"nə daxil edilir:
Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-12-29 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!