e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

161 Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri

161 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri" hesabında 4 N-li Milli Mühasibat Uçotu Standartına əsasən təxirə salınmış vergi aktivləri barədə məlumatların ümumiləşdirilməsi nəzərdə tutulur. Belə aktivlər Milli Mühasibat Uçotu Standartına uyğun olaraq hesablanmış uçot mənfəəti ilə vergi qanunvericiliyi əsasında hesablanmış vergi mənfəəti arasında yaranmış müvəqqəti fərqlər nəticəsində müəyyən edilir.

Təxirə salınmış vergi – cari və keçmiş dövrlərin maliyyə hesabatlarında tanınan əməliyyat və hadisələrin qiymətləndirilmiş gələcək vergi nəticələridir.

Təxirə salınmış vergi aktivləri aşağdakılar ilə əlaqədar olaraq gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləğləridir:

  • çıxılan müvəqqəti fərqlər;
  • gələcək dövrə keçirilən istifadə olunmamış vergi zərərləri; və
  • gələcək dövrə keçirilən istifadə olunmamış vergi kreditləri

Bildiyiniz kimi, mühasibat və vergi uçotları fərqli aparıla bilər. Bunun nəticəsi kimi, müəssisənin xərcləri fərqlənə bilər, və nəticədə mənfəət verqisi də fərqli olar. Misal üçün, müəssisəyə məxsus avadanlıqların amortizasiyası mühasibat uçotunda düzxətli metod ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə aparıla bilər. Və nəticədə illik amortizasiya xərcləri fərqli olacaq.

Misal. Uçot siyasətinə əsasən mühasibat uçotunda müəssisənin avadanlıqları düzxət metodu ilə amortizasiya edilir, vergi uçotuna əsasən isə azalan qalıq metodu ilə. Belə ki, müəssisənin balansına cari ilin əvvəlində ilkin dəyəri 150 000 manat, istifadə müddəti 5 il olan kompüter texnikası daxil olub. Vergi uçotuna görə avadanlıqlar azalan qalıq metodu ilə, amortizasiya norması ildə 25% amortizasiya edilir. Mənfəət vergisi illik 20%-dir. Müəssisənin cari il üçün mənfəəti olmuşdur 300 000 manat.

Mühasibat uçotunda amortizasiya xərcləri olacaq:
150 000 / 5 = 30 000
Mənfəət vergisi olacaq: (300 000 - 30 000)*20%= 54 000

Vergi uçotunda amortizasiya xərcləri olacaq:
150 000 * 25% = 37 500
Mənfəət vergisi olacaq: (300 000 - 37 500)*20%= 52 500

Mənfəət vergisinə təsiri olacaq:
Amortizasiya xərclərinin fərqi: 37 500 - 30 000 = 7 500
Təxirə salınmış mənfəət vergisi: 7 500*20% = 1 500

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Amortizasiyanın mühasibat uçotunda düzxətli metod ilə hesablanması 701-4 "İstehsal aktivlərinin amortizasiyası" 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 30 000
2 İlin sonunda amortizasiya xərcləri "Ümumi mənfəət(zərər)"-ə silinir. 801 "Ümumi mənfəət(zərər)" 701-4 "İstehsal aktivlərinin amortizasiyası" 30 000
3 Vergi uçotuna əsasən mənfəət vergisi hesablanıb. 901 "Cari mənfəət vergisi üzrə xərclər" 521 "Vergi öhdəlikləri" 52 500
4 Təxirə salınmış mənfəət vergisi olacaq. 161 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri" 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" 1 500
5 Mənfəət vergisi üzrə xərclərin silinməsi. 801 "Ümumi mənfəət(zərər)" 901 "Cari mənfəət vergisi üzrə xərclər" 52 500
6 Təxirə salınmış mənfəət vergisi üzrə xərclər silinir. 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" 801 "Ümumi mənfəət(zərər)" 1 500
7 İlin bağlanması. 801 "Ümumi mənfəət(zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 219 000

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

161 Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.