e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

544 Qisamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

Hesabat tarixindən sonra 12 ay müddətində Torpaq, tikili və avadanlıqların alınmasını proqnozlaşdırmaq üçün əldə olunan maliyyə vəsaitlər "Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" adlı 544 nömrəli hesabda göstərilməlidir. Belə maliyyələşmələrə və daxilolmalara əvəzsiz alınmış grant məbləğləri, dövlət tərəfindən verilmiş subsidiyalar aiddir.

Bu və ya digər tədbirlərin maliyyələşdirilməsi mənbəyi kimi alınmış məqsədli vəsaitlər 544 "Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" hesabının kreditində və pul vəsaitlərini, aktivləri uçota alan hesabların debetində əks etdirilir.

444 "Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" hesabının debetinə müvafiq hesabların kreditindən bu və ya digər tədbirlərə sərf edilmiş məbləğlər silinir.

Misal. Müəssisə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, və yeni istiqamətin inkişafı üçün dövlət tərəfindən 60 000 manat dəyərində subsidiya almışdır. Subsidiya 1 il müddətində müqavilədə qeyd edilən plan ilə sərf olunmalıdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Subsidiyanın alınması 223 "Bank hesablaşma hesabları" 544 "Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" 60 000
2 Subsidiyanın istifadəsi 544 "Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" 223 "Bank hesablaşma hesabları" 10 000
3 Subsidiyanın istifadəsi 544 "Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 10 000

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

544 Qisamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.