e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

211 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları

211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabı alıcılar və sifarişçilərlə 12 aydan az olan hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Malalanlara təqdim edilmiş məhsul, iş və xidmətlərə görə 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının debeti və 601 "Satış", 611 "Sair əməliyyat gəlirlər" hesablarının krediti müxabirələşdirilir.

211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının krediti daxil olmuş ödənişlər, məqbul edilmiş (zaçot edilmiş) avans məbləğləri və s. üzrə pul vəsaitlərini və hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilir.

Misal. Müəssisə elektronika mallarının satışı ilə məşğuldur, və ay ərzində müştərilərinə 395 300 manat (ƏDV daxil) dəyərində mallar təqdim edibdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Ay ərzində elektronika mallarının satışı (ƏDV daxil) 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601 "Satış" 395 300
2 Müştərilərdən daxil olan ödənişlər 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" 335 000
3 Müştərilərdən daxil olan ödənişlər - ƏDV 226 "ƏDV sub-uçot hesabı" 211 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" 60 300

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

211 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.