e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

223 Bank hesablaşma hesabları

223 "Bank hesablaşma hesabları" müəssisənin bankdakı hesablaşma hesabında milli və xarici valyuta ilə pul vəsaitlərinin mövcudluğu və hərəkəti məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

223 "Bank hesablaşma hesabları" hesabına aşağıdakı subhesablar açıla bilər:

  • 223-1 Bank hesablaşma hesabları - Manat
  • 223-2 Bank hesablaşma hesabları - ABŞ Dolları
  • 223-3 Bank hesablaşma hesabları - Avro

Hesablaşma hesabı üzrə əməliyyatlarının aparılması və rəsmiyyəti salınması qaydaları Azərbaycan Respublikasının müvafiq normativ sənədləri ilə nizamlanır.

223 "Bank hesablaşma hesabları"-nın debetində müəssisənin hesablaşma hesabına pul vəsaitlərinin daxil olması, kreditində isə onların həmin hesabdan silinməsi əks etdirilir.

Hesablaşma hesabı üzrə əməliyyatlar mühasibat uçotunda həmin hesab üzrə bank çıxarışları və onlara əlavə edilən pul-hesablaşma sənədlərinə əsasən əks etdirilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Müəsisənin bank hesabına müştəridən pulun daxil olması 223-1 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 5 500
2 Müəsisənin bank hesabına xarici müştəridən pulun daxil olması 223-3 "Bank hesablaşma hesabları-Avro" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 5 500
3 Alınan mallara görə malsatanlara ödəniş 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 223-1 "Bank hesablaşma hesabları-Manat" 15 500
4 3 000$ alınması üçün konvertasiya edilir 611-9 "Sair əməliyat gəlirləri-Konvertasiya" 223-1 "Bank hesablaşma hesabları-Manat" 5 730
5 3 000$ alınması üçün konvertasiya edilir 223-2 "Bank hesablaşma hesabları-ABŞ Dolları" 611-9 "Sair əməliyat gəlirləri-Konvertasiya" 5 730

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

223 Bank hesablaşma hesabları valyuta köçürmə


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.