e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

183 Digər uzunmüddətli investisiyalar

183 "Digər uzunmüddətli investisiyalar" hesabında 181 və 182-ci hesablarda nəzərə alınmayan digər uzunmüddətli investisiyaların uçotu aparılır. Burada başqa bir müəssisənin səhmlərinin 20% qədər və ya 50% çox alışını uçota misal gətirmək olar. Nəzərə almaq lazımdır ki:

  • səhmlərin 50% çox alışı müəssisələr arasında ana və törəmə müəssisə münasibətləri yaradır. Və uçotu 183 "Digər uzunmüddətli investisiyalar" hesabında aparılır
  • səhmlərin 20%-50% aralığında alışı müəssisələr arasında ana və asılı müəssisə münasibətləri yaradır. Və uçotu 151 "Asılı müəssisələrə investisiyalar" hesabında aparılır.
  • səhmlərin 20% qədər alışı investisiya qoyuluşu hesab edilir. Və uçotu 183 "Digər uzunmüddətli investisiyalar" hesabında aparılır

Misal. A müəssisəsi B müəssisəsinin 70% səhmlərini, C müəssisəsinin 45% səhmlərini və D müəssisəsinin 10% səhmlərini almışdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 B müəssisəsinin 70% səhmlərinin alışı. 183 "Digər uzunmüddətli investisiyalar" 223 "Bank hesablaşma hesabları" 250 000
2 C müəssisəsinin 45% səhmlərinin alışı. 151 "Asılı müəssisələrə investisiyalar" 223 "Bank hesablaşma hesabları" 150 000
3 D müəssisəsinin 10% səhmlərinin alışı. 183 "Digər uzunmüddətli investisiyalar" 223 "Bank hesablaşma hesabları" 50 000

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

183 Digər uzunmüddətli investisiyalar


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.