e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

192 Verilmiş uzunmüddətli avanslar

192 "Verilmiş uzunmüddətli avanslar" hesabı bir ildən artıq müddətə tədarük olunacaq sərvətlər, yaxud yerinə yetiriləcək işlər və xidmətlər üçün verilən avanslar, həmçinin sifarişçilərdən qismən hazır olduqca qəbul edilən məhsulların, işlərin və xidmətlərin ödənilməsi uzrə hesablaşmalar haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur.

Verilən avanslar, həmçinin qismən hazır olan məhsulların, işlərin və xidmətlərin dəyərlərinin ödənilməsi üzrə məbləğlər 192 "Verilmiş uzunmüddətli avanslar" hesabının debetinə yazılmaqla, pul vəsaitlərini uçota alan hesabların krediti ilə müxabirələşdirilir.

Verilmiş avanslar, həmçinin qismən hazır olan məhsulların, işlərin və xidmətlərin dəyərlərinin ödənilməsi üzrə məbləğlər işlər başa çatdırılan zaman 192 "Verilmiş uzunmüddətli avanslar" hesabının kreditinə və 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" hesabının debetinə yazılmaqla müxabirələşdirilir.

Misal. Müəssisə müqavilə şərtlərinə əsasən yeni proqram təminatının alınması və quraşdırılması üçün görüləcək işlərin 70%-ni və ya 82 600 manatı (ƏDV daxil) avans şəklində ödəyibdir. İşlər 2 il ərzində yekunlaşacaqdır. İşlər bitdikdən sonra müəssisə qalan 30%-ni və ya 35 400 manatı (ƏDV daxil) ödəyəcəkdir. Müqaviləyə görə işlərin 50% cari ildə təhvil veriləcəkdi, qalan hissəsi növbəti ildə.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 2 illik abunə haqqının ödənilməsi 192 "Verilmiş uzunmüddətli avanslar" 223 "Bank hesablaşma hesabları" 82 600
2 Müqaviləyə görə işlərin 50% cari ildə təhvil veriləcəkdir və bu səbəbdən məbləğin 50% qısamüddətli avanslar hesabında qeyd edilir 243 "Verilmiş qısamüddətli avanslar" 192 "Verilmiş uzunmüddətli avanslar" 59 000
3 İşlərin 50% hazırlanıb və təhvil verilibdir 101 "Qeyri-maddi aktivlər - Dəyər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 50 000
4 İşlərin 50% hazırlanıb və təhvil verilibdir - ƏDV 241 "Əvəzləşdirilən ƏDV" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 9 000
5 Təhvil verilmiş işlərə görə qısamüddətli avansın silinməsi 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 243 "Verilmiş qısamüddətli avanslar" 59 000

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

192 Verilmiş uzunmüddətli avanslar


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.