e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

242 Gələcək hesabat dövrünün xərcləri

Gələcəkdə alınacaq mallar və ya göstəriləcək xidmətlərə görə müəssisələrə, dövlət təşkilatlarına və ya fərdi sahibkara ödənilmiş vəsaitlər Gələcək hesabat dövrünün xərcləri adlı 242-ci hesabda göstərilir. 242 "Gələcək hesabat dövrünün xərcləri" hesabı mövcud hesabat dövründə edilmiş, lakin gələcək hesabat dövrlərinə aid olan (12 aydan az) xərclər haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Bu hesabda əsasən:

  • dağ – hazırlıq işləri;
  • mövsümü sənaye sahələrində istehsala hazırlıq işləri;
  • yeni müəssisə, istehsal, qurğu avadanlıq və aqreqatların mənimsənilməsi;
  • torpaqların rekultivasiyası;
  • əsas vəsaitlərin il ərzində qeyri-bərabər aparılan təmiri (müəssisədə müvafiq ehtiyat və ya fondlar yarıdılmayan hallarda);
  • gələcək dövrlər üçün icarə haqqı ödəmələri və başqaları ilə əlaqədar xərclər əks etdirilə bilər;
  • əvvəlcədən ödənilən müxtəlif abunə haqqları.
242 "Gələcək hesabat dövrünün xərcləri" hesabında uçota alınan xərclər 202 "İstehsalat xərcləri", 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri", 711 "Kommersiya xərcləri", 721 "İnzibati xərclər" və s. hesabların debetinə silinir.

Misal. Müəssisə internet və IP TV xidmətlərinə abunə olubdur və ilin əvvəlində bu xidmətlərə görə 6 ay qabaq 360 manat abunə haqqı ödəyib.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 6 aylıq abunə haqqının ödənilməsi 242 "Gələcək hesabat dövrünün xərcləri" 223 "Bank hesablaşma hesabları" 360
2 Cari ayın abunə haqqısının xərclərə silinməsi 731 "Sair əməliyyat xərcləri" 242 "Gələcək hesabat dövrünün xərcləri" 60

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

242 Gələcək hesabat dövrünün xərcləri


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.