e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

344 Elan edilmiş dividentlər

Dividend — hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.

Elan edilmiş dividendlər 1 N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq Mənfəət və zərər haqqında hesabatda göstərilməməli, lakin Kapitalda dəyişikliklər haqqında hesabatda qeyd edilməlidir. Elan edilmiş dividendlər hesablandıqda onların dəyəri Elan edilmiş dividendlər adlı 344-cü hesabın kreditinə, ödənildikdə isə müvafiq olaraq debetinə yazılmalıdır.

Misal.

Hesabat ilinin sonunda vergilərdən sonra müəssisənin sərəncamında 50 000 manat bölüşdürülməmiş mənfəət qalmışdır. Təsisçilərin illik iclasında qərara alınmışdır ki bu bölüşdürülməmiş mənfəət səhmdarlar arasında dividend kimi ödənilsin.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Hesabat ilinin sonunda xalis mənfəət formalaşır 801 "Ümumi mənfəət (zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 50 000
2 Hesabat ilinin xalis mənfəəti bölüşdürülməmiş mənfəətə silinir 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 343 "Keçmiş illər üzrə bölühdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 50 000
3 Dividendlərin elan edilməsi 343 "Keçmiş illər üzrə bölühdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 344 "Elan edilmiş dividentlər" 50 000
4 Təsisçilərə devidentlərin ödənilməsi ilə bağlı öhdəliyin yaranması 344 "Elan edilmiş dividentlər" 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları" 50 000
5 Ödənilən dividendlərdən verginin tutulması 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları" 521 "Vergi öhdəlikləri" 5 000
6 Dividendlərin ödənilməsi 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 45 000

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.

344 Elan edilmiş dividentlər


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.