e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

535 İcarə üzrə qısamüddətli kreditor borcları

Maliyyət və ya əməliyyat icarəsi nəticəsində yaranan bütün qısamüddətli öhdəliklər 14 N-li "İcarə" Milli Mühasibat Uçotu Standartına əsasən "İcarə üzrə qısamüddətli kreditor borcları" adlı 535 nömrəli hesabda göstərilir.

Maliyyə icarəsi – aktiv üzrə mülkiyyət hüquqlarına aid təqribən bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Sonda, mülkiyyət hüququ həm keçə, həm də keçməyə bilər.

Əməliyyat icarəsi – maliyyə icarəsi olmayan hər hansı digər icarə növüdür.

535 "İcarə üzrə qısamüddətli kreditor borcları" hesabına aşağıdakı subhesablar açıla bilər:

  • 535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"
  • 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları"

535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları" subhesabında uzunmüddətli maliyyə icarəsi üzrə hesablanan və 12 ay ərzində ödənilməli olan cari icarə öhdəliklər əks olunur. Bu subhesab, misal üçün, lizing müqaviləsi əsasında maliyyə icarəsinə götürülən avadanlıqlara görə icarə haqqlarını hesablamaq üçün istifadə edilir.

535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" subhesabında əməliyyat icarəsi üzrə hesablanan və icarədarlara 12 ay ərzində ödənilməli olan icarə haqqları əks olunur. Bu subhesab icarəçilər tərəfindən istifadə edilir.

535 "İcarə üzrə qısamüddətli kreditor borcları" hesabının krediti və müvafiq xərclər hesablarının debeti üzrə icarə haqqlarının hesablanması əks olunur. 535 "İcarə üzrə qısamüddətli kreditor borcları" hesabının debeti və pul hesablarının krediti üzrə icarə haqqlarının ödənilməsi əks olunur.

Misal. Müəssisə 5 il müddətinə maliyyə icarəsi ilə 150 000 manat dəyərində avadanlıq alıb. İllik icarə haqqı 30 000 manat təşkil edir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Avadanlığın maliyyə icarəsi ilə alınması 111 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" 150 000
2 İllik icarə haqqı hesablanır. 751-3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" 535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları" 30 000
3 Gələcək illərin icarə haqqısı uçota alınır. 191 "Gələcək dövrlərin xərcləri" 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" 120 000
4 İcarə haqqının ödənilməsi. 535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 30 000

Misal. Müəssisə 1 il müddətinə əməliyyat icarəsi ilə anbar binasını icarəyə götürüb. İllik icarə haqqı 10 000 manat təşkil edir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İllik icarə haqqı hesablanır. 721-3 "Digər inzibati xərclər." 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" 10 000
2 İcarə haqqının ödənilməsi. 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 10 000

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

535 İcarə üzrə qısamüddətli kreditor borcları


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.