e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

602 Satılmış malların qaytarılması və ucuzlaşdırılması

Satılmış malların qaytarılması müxtəlif səbəblərdən baş verə bilər: alqı-satqı müqaviləsinin şərtləri satıcı tərəfindən pozulduqda, satılan mallar lazımi keyfiyyətdə və miqdarda olmadıqda və s. Bu zaman qaytarılan malların məbləği 602 "Satılmış malların qaytarılması və ucuzlaşdırılması" hesabının debetində, və 211, 212, 213 N-li hesabların kreditində əks etdirilir.

Bu zaman malların qaytarılması və ucuzlaşdırılması, habelə verilmiş güzəştlərlə bağlı hesablanılmış əlavə dəyər vergisi ilə əlaqədar 521 N-li hesabların debeti və 211, 212, 213 N-li hesabların krediti üzrə mühasibat yazılışı verilir.

Əgər satınalan müəssisə malların dəyərini ödəmişdirsə, müəssisə satılmış malların qaytarılması və ucuzlaşdırılması ilə əlaqədar pul vəsaitlərinin qaytarılmasını həyata keçirərsə, əvvəllər gəlir kimi tanınmış məbləğ 602 N-li hesabın debeti və 221, 222, 223, 225 N-li hesabların kreditində əks etdirilir. Bu zaman malların qaytarılması və ucuzlaşdırılması ilə bağlı hesablanılmış əlavə dəyər vergisi ilə əlaqədar 521 N-li hesabın debeti və 221, 222, 223, 225 N-li hesabların krediti üzrə mühasibat yazılışları verilir.

Hesabat ilinin sonunda satılmış malların qaytarılması və ucuzlaşdırılması üzrə yaranmış məbləğlər 801 №li hesabın debetində və 602 №li hesabın kreditində əks etdirilir.

Misal.

Müəssisə parfumeriya mallarının satışı ilə məşğuldur, və ay ərzində müştərilərinə 35 400 manat (ƏDV daxil) dəyərinə mallar satıb. Ay ərzində satılan mallardan 1 180 manat (ƏDV daxil) geri qaytarılıb.



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Ay ərzində parfumeriya mallarının satışı (ƏDV daxil) 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601 "Satış" 35 400
2 Satılan parfumeriya mallarının ƏDV-si hesablanır 601 "Satış" 521 "Vergi öhdəlikləri" 5 400
3 Ay ərzində parfumeriya mallarının qaytarılması (ƏDV daxil) 602 "Satılmış malların qaytarılması və ucuzlaşdırılması" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 1 180
4 Qaytarılan malların ƏDV-si 521 "Vergi öhdəlikləri" 602 "Satılmış malların qaytarılması və ucuzlaşdırılması" 180
5 Hesabat dövrünün sonunda qaytarılan malların silinməsi 801 "Ümumi mənfəət (zərər)" 602 "Satılmış malların qaytarılması və ucuzlaşdırılması" 1 000

Yazı sonuncu dəfə 2019-01-15 tarixində yenilənib.

602 Satılmış malların qaytarılması və ucuzlaşdırılması


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.