e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

243 Verilmiş qısamüddətli avanslar

Malların alınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi məqsədi ilə müəssisəyə 12 aydan az müddətə əvvəlcədən qismən ödənilmiş pul vəsaitləri "Verilmiş qısamüddətli avanslar" adlı 243-cü hesabda uçota alınır.

Verilən avanslar, həmçinin qismən hazır olan məhsulların, işlərin və xidmətlərin dəyərlərinin ödənilməsi üzrə məbləğlər 243 "Verilmiş qısamüddətli avanslar" hesabının debetinə yazılmaqla, pul vəsaitlərini uçota alan hesabların krediti ilə müxabirələşdirilir.

Verilmiş avanslar, həmçinin qismən hazır olan məhsulların, işlərin və xidmətlərin dəyərlərinin ödənilməsi üzrə məbləğlər işlər başa çatdırılan zaman 243 "Verilmiş qısamüddətli avanslar" hesabının kreditinə və 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" hesabının debetinə yazılmaqla müxabirələşdirilir.

Misal. Müəssisə müqavilə şərtlərinə əsasən yeni proqram təminatının alınması və quraşdırılması üçün görüləcək işlərin 70%-ni və ya 82 600 manatı (ƏDV daxil) avans şəklində ödəyibdir. İşlər 9 ay ərzində yekunlaşacaqdır. İşlər bitdikdən sonra müəssisə qalan 30%-ni və ya 35 400 manatı (ƏDV daxil) ödəyəcəkdir. Müqaviləyə görə işlərin 50% 5 aydan sonra təhvil veriləcəkdi, qalan hissəsi növbəti 4 ayda.


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Müqaviləyə əsasən ödənilmiş 70% avans 243 "Verilmiş qısamüddətli avanslar" 223 "Bank hesablaşma hesabları" 82 600
2 İşlərin 50% 5 aydan sonra hazırlanıb və təhvil verilibdir 101 "Qeyri-maddi aktivlər - Dəyər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 50 000
3 İşlərin 50% hazırlanıb və təhvil verilibdir - ƏDV 241 "Əvəzləşdirilən ƏDV" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 9 000
4 Təhvil verilmiş işlərə görə qısamüddətli avansın silinməsi 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 243 "Verilmiş qısamüddətli avanslar" 59 000
5 İşlərin qalan 50% təhvil verilibdir 101 "Qeyri-maddi aktivlər - Dəyər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 50 000
6 İşlərin 50% hazırlanıb və təhvil verilibdir - ƏDV 241 "Əvəzləşdirilən ƏDV" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 9 000
7 Təhvil verilmiş işlərə görə qısamüddətli avansın silinməsi 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 243 "Verilmiş qısamüddətli avanslar" 23 600
8 Təhvil verilmiş işlərə görə qalan borcun ödənilməsi-əsas məbləğ 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 30 000
9 Təhvil verilmiş işlərə görə qalan borcun ödənilməsi-ƏDV 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 226 "ƏDV sub-uçot hesabı" 5 400

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.

243 Verilmiş qısamüddətli avanslar


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.