e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

171 Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları

171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" hesabı alıcılar və sifarişçilərlə 12 aydan artıq olan hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Malalanlara təqdim edilmiş məhsul, iş və xidmətlərə görə 171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" hesabının debeti və 601 "Satış", 611 "Sair əməliyyat gəlirlər" hesablarının krediti müxabirələşdirilir.

171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" hesabının krediti daxil olmuş ödənişlər, məqbul edilmiş (zaçot edilmiş) avans məbləğləri, qısamüddətli debitor borcları və s. üzrə pul vəsaitlərini və hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilir.

Misal. Müəssisə elektronika mallarının 2 illik kredit ilə satışı ilə məşğuldur, və ay ərzində müştərilərinə 395 300 manat (ƏDV daxil) dəyərində mallar satıb. Bir müştəri tam borcunu cari ildə ödəyib.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Ay ərzində elektronika mallarının satışı (ƏDV daxil) 171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" 601 "Satış" 395 300
2 Cari ayın debitor borclarının müəyyən edilməsi 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" 16 470
3 Müştərilərdən biri borcu tez ödəmişdir 221 "Kassa" 171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" 3 000

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

171 Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.