e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

731 Sair əməliyyat xərcləri

731 "Sair əməliyyat xərcləri" hesabında müəssisənin əsas əməliyyatlarına aid olmayan və müəssisəyə məxsus qiymətlilərin satışından yaranan xərclər əks edilir.

Bu hesabda əsasən aşağıdakı xərclər əks etdirilə bilər:

  • uzunmüddətli aktivlərin satışından zərərlər,
  • yenidən qiymətləndirmə xərcləri,
  • cərimələr və bunlara oxşar digər ödənişlər,
  • şübhəli və ümidsiz borclar,
  • aktivlərin balans dəyərində azalmalar üzrə düzəlişlər,
  • xarici valyuta mübadiləsi xərcləri,
  • 24 N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq qiymətdən düşmə üzrə zərərlər və
  • göstərilən xərclərə oxşar olan başqa əməliyyat xərcləri.
Sair əməliyyat xərcləri 731 nömrəli hesabın debetində əks etdirilir. Bu hesaba aşağıdakı subhesablar açıla bilər:
  • 731-1 Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər;
  • 731-2 Yenidən qiymətləndirilmədən xərclər;
  • 731-3 Qiymətdən düşmə üzrə xərclər;
  • 731-4 Cərimələr və digər oxşar ödənişlər;
  • 731-5 Keçmiş illər üzrə xərclər;
  • 731-6 Şübhəli və ümidsiz borclar üzrə xərclər;
  • 731-7 Aktivlərin dəyərinin azalması üzrə düzəlişlər;
  • 731-8 Məzənnə xərcləri;
Misal.

Müəssisəyə məxsus avadanlıq balans dəyərindən aşağı qiymətə (zərər ilə) satılıb.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Avadanlığın satışı (məbləğ ƏDV daxil) 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 611 "Sair əməliyyat gəlirləri" -
2 Satılan avadanlığın ilkin dəyəri silinir 731 "Sair əməliyyat xərcləri" 111 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" -
3 Satılan avadanlığın amortizasiyası silinir 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 731 "Sair əməliyyat xərcləri" -
4 Avadanlığın satışı ilə bağlı komission xərclər 731 "Sair əməliyyat xərcləri" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" -
5 Satılan avadanlığa hesablanan ƏDV 731 "Sair əməliyyat xərcləri" 521 "Vergi öhdəlikləri" -
6 Satılan avadanlığa görə pul daxil olur 221 "Kassa" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" -
7 Avadanlığın satışı ilə bağlı 731-ci hesabda satışın nəticəsi formalaşır 611 "Sair əməliyyat gəlirləri" 731 "Sair əməliyyat xərcləri" -
8 Avadanlığın satışı ilə bağlı 731-ci hesabda yığılan məbləğ zərərə silinir 801 "Ümumi mənfəət (zərər)" 731 "Sair əməliyyat xərcləri" -

Yazı sonuncu dəfə 2019-01-22 tarixində yenilənib.

731 Sair əməliyyat xərcləri


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.