e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları

172 "Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları" hesabı törəmə (asılı) müəssisələrin 12 aydan artıq olan hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Törəmə (asılı) müəssisələrə təqdim edilmiş məhsul, iş və xidmətlərə görə 172 "Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları" hesabının debeti və 601 "Satış", 611 "Sair əməliyyat gəlirlər" hesablarının krediti ilə müxabirələşdirilir.

172 "Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları" hesabının krediti daxil olmuş ödənişlər, məqbul edilmiş (zaçot edilmiş) avans məbləğləri, qısamüddətli debitor borcları və s. üzrə pul vəsaitlərini və hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilir.

Misal. Müəssisə öz törəmə müəssisəsinə 2 illik kredit ilə 395 300 manat (ƏDV daxil) dəyərində avadanlıq satmışdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Törəmə müəssisəyə avadanlıq satışı (ƏDV daxil) 172 "Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları" 601 "Satış" 395 300
2 Törəmə müəssisə borcun bir hissəsini ödəmişdir 223 "Bank hesablaşma hesabları" 172 "Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları" 16 470

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.