e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

174 İcarə üzrə uzunmüddətli debitor borcları

174 "İcarə üzrə uzunmüddətli debitor borcları" hesabı icarədarlara uzunmüddətli icarə şərtləri ilə verilən əsas vəsaitlərə görə onlarla hesablaşmaların vəziyyəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Bu hesab icarəyə verən müəssisələr tərəfindən istifadə olunur.

Bu hesaba aşağıdakı subhesablar açmaq olar:

  • 174-1 Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları
  • 174-2 Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları

174 "İcarə üzrə uzunmüddətli debitor borcları" hesabının debetində və icarəyə verilən əmlakı uçota alan hesabların (111 "Torpaq, tikili və avadanlıqlar-Dəyər") kreditində əmlakın uzunmüddətli icarəyə verilməsi əks olunur.

İcarə haqqının daxil olması pul vəsaitləri və hesablaşmaları uçota alan hesabların debetində və 174 "İcarə üzrə uzunmüddətli debitor borcları" hesabının kreditində əks etdirilir.

Misal. A müəssisəsi B müəssisəsinə 100 000 dəyərində 3 il müddətinə maliyyə icarəsi müqaviləsi ilə avadanlıq verib. Müqaviləyə əsasən avadanlığın qiyməti 70 000 manatdır, faiz məbləği 30 000 manat təşkil edir. B müəssisəsi 3 il ərzində bərabər hissələr ilə bu borcu ödəməlidir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Maliyyə icarəsi ilə avadanlığın satışı (ƏDV daxil) - avadanlığın məbləği 174 "İcarə üzrə uzunmüddətli debitor borcları" 111 "Torpaq, tikili və avadanlıqlar-Dəyər" 70 000
2 Faiz gəlirlərinin uçota alınması 176 "Faizlər üzrə uzunmüddətli debitor borcları" 442 "Gələcək hesabat dövrlərin gəlirləri" 30 000
3 1-ci ilin icarə haqqısı qısamüddətli debitor borclara aid edilir 214 "İcarə üzrə qısamüddətli debitor borcları" 174 "İcarə üzrə uzunmüddətli debitor borcları" 23 333
4 1-ci ilin hesablanmış faizi qısamüddətli debitor borclara aid edilir 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 176 "Faizlər üzrə uzunmüddətli debitor borcları" 10 000
5 1-ci ilin faiz gəlirləri uzunmüddətli gəlirdən qısamüddətli gəlirə aid edilir. 442 "Gələcək hesabat dövrlərin gəlirləri" 542 "Gələcək hesabat dövrlərin gəlirləri" 10 000
6 İcarə haqqının ödənilməsi: 1-ci il, əsas hissə 223 "Bank hesablaşma hesabları" 214 "İcarə üzrə qısamüddətli debitor borcları" 23 333
7 İcarə haqqının ödənilməsi: 1-ci il, fazilər 223 "Bank hesablaşma hesabları" 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 10 000
8 1-ci il icarə fazizindən olan gəlirin tanınması 542 "Gələcək hesabat dövrlərin gəlirləri" 631-4 "Maliyyə iсarəsi (lizinq) üzrə gəlir" 10 000

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

174 İcarə üzrə uzunmüddətli debitor borcları


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.