e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

212 Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları

212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" hesabı törəmə (asılı) müəssisələrin 12 aydan az olan hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Törəmə (asılı) müəssisələrə təqdim edilmiş məhsul, iş və xidmətlərə görə 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" hesabının debeti və 601 "Satış", 611 "Sair əməliyyat gəlirlər" hesablarının krediti ilə müxabirələşdirilir.

212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" hesabının krediti daxil olmuş ödənişlər, məqbul edilmiş (zaçot edilmiş) avans məbləğləri və s. üzrə pul vəsaitlərini və hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilir.

Misal. Müəssisə öz törəmə müəssisəsinə 6 aylıq kredit ilə 395 300 manat (ƏDV daxil) dəyərində avadanlıq satmışdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Törəmə müəssisəyə avadanlıq satışı (ƏDV daxil) 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" 601 "Satış" 395 300
2 Törəmə müəssisə borcunu ödəmişdir - əsas məbləğ 223 "Bank hesablaşma hesabları" 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" 335 000
3 Törəmə müəssisə borcunu ödəmişdir - ƏDV 226 "ƏDV sub-uçot hesabı" 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" 60 300

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

212 Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.