Vergi qanunvericiliyinin strukturuAzərbaycan Respublikasının vergi qanunvericiliyi AR Konstitusiyasından, AR Vergi Məcəlləsindən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikasının vergiləri yalnız AR Vergi Məcəlləsi ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi AR Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə həyata keçirilir. Yalnız AR Vergi Məcəlləsinə uyğun olaraq qəbul edilmiş normativ-hüquqi aktlar vergi qanunvericiliyinə aid edilə bilər, başqa sözlə desək, vergitutmaya aid gəbul edilmiş normativ-hüquqi aktlar AR Vergi Məcəlləsinin müvafiq maddələrinə əsaslanmalıdır. Vergi qanunvericiliyini tənzimləyən normativ-hüquqi aktın əsası yalnız AR Kanstitusiyası və AR Vergi Məcəlləsi ola bilər. AR Konstitusiyası və AR Vergi Məcəlləsində nəzərdə tutulmayan verginin ödənilməsi qaydasını və dərəcələrini, vergitutma obyektini tənzimləyən normativ-hüquqi aktların gəbul edilməsi yolverilməzdir. Bu o deməkdir ki, bu yuxarıda qeyd edilən 2 sənəddə nəzərdə tutulmayan vergilər barədə normativ hüquqi aktlar gəbul edilsə də, onların gəbul edildiyi gündən hüquqi qüvvəsi olmayacaq. AR Vergi Məcəlləsi əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar AR Vergi Məcəlləsinin müddəalarına zidd olmamalıdır. Beləliklə, Azərbaycan Respublikasının vergi qanunvericiliyi ibarətdir:
Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda vergi qanunvericiliyinin aktları tətbiq edilir. İstisna təşkil edir: - hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz:
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə vergidən yayınma məqsədilə istifadə edilirsə, o cümlədən həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə, AR Vergi Məcəlləsinin 2.5-ci maddəsinin müddəaları tətbiq olunmur. Ələt azad iqtisadi zonasında vergitutma və vergi nəzarəti, vergi azadolmaları və güzəştləri ilə bağlı məsələlər “Ələt azad iqtisadi zonası haqqında” AR Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-10-19 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!