Mədən vergisi: Vergi dərəcələriYerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəyyənləşdirilir:
Vergitutma məqsədləri üçün topdansatış qiyməti dedikdə, vergi ödəyicisinin çıxardığı faydalı qazıntılar üçün müəyyən etdiyi (əlavə dəyər vergisiz) faktiki buraxılış (satış) qiyməti (bazar qiymətlərindən aşağı olmayan), bu qiymətlər dövlət tərəfindən müəyyən edildikdə isə tənzimlənən qiymətlər nəzərdə tutulur Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:
Misal
"A" MMC Quba rayonu ərazisində noyabr ayı ərzində 100 kub metr çınqıl xammalı çıxarmışdır. Bu halda noyabr ayı üzrə yerli büdcəyə ödənilməli olan mədən vergisinin məbləği 100 manat (100 kub.metr x 1 manat) təşkil edəcəkdir.
Misal
"B" MMC Abşeron rayonu ərazisində oktyabr ayında 50 kub metr vulkan külü və 200 kub metr tikinti qumu hasil etmişdir. Bu halda tikinti qumlarına görə hesablanmış 200 manat (200 kub.metr x 1 manat) mədən vergisi yerli büdcəyə, vulkan külünə görə hesablanmış 50 manat (50 kub.metr x 1 manat) isə dövlət büdcəsinə ödənilir. Bələdiyyəyə verilən bəyannamədə yalnız tikinti qumları üzrə mədən vergisinin hesablanması göstərilir. Mədən vergisi yerin təkindən çıxarılmış xam neft, təbii qaz və bütün növ metalların topdansatış qiymətinə, yerin təkindən çıxarılmış digər faydalı qazıntıların isə hər kubmetrinə yuxarıdakı cədvəllərdə qeyd olunan dərəcələri tətbiq etməklə hesablanır. Xam neftin və qazın hasilatı zamanı mədən vergisi hesablanarkən, hasil edilmiş neftin və qazın miqdarından texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın miqdarı Nazirlər Kabineti tərəfindən 12.01.2001-ci il tarixli 11 nömrəli Qərarı "Hasil edilmiş neftin və qazın texnoloji proseslə əlaqədar quyuya geri vurulma Normativləri" ilə müəyyən edilən normativlər əsasında çıxılır. Texnoloji proses ilə bağlı neft və qazın quyuya geri vurulma normativləri.
Misal
2010-cu ilin iyun ayında ARDNŞ tərəfindən 750 767 ton xam neft və 798 482 932 m³ təbii qaz hasil edilmişdir. Texnoloji proseslə əlaqədar normativ nəzərə alındıqdan sonra hasilat aşağıdakı kimi olacaq:
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi. Maddələr: 216 Hasil edilmiş neftin və qazın texnoloji proseslə əlaqədar quyuya geri vurulma Normativləri Yazı sonuncu dəfə 2023-10-23 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!