Malların gömrük dəyərini müəssisə malların sərhəddən keçirilməsi zamanı bəyan etməlidir.
"Gömrük tarifi haqqında" AR Qanunun 12-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:
- malların sövdələşmə qiyməti ilə;
- eyni malların sövdələşmə qiyməti ilə;
- eynicinsli malların sövdələşmə qiyməti ilə;
- dəyərin çıxılması üsulu ilə;
- dəyərin toplanması üsulu ilə;
- ehtiyat üsulu ilə.
Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, yuxarıda göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir.
Malların sövdələşmə qiyməti üsulu
Malların sövdələşmə qiyməti üsulu ilə müəyyən edilən gömrük dəyəri aşağıdakı kimi hesablanır:
Malların gömrük dəyəri |
= |
İdxal olunan malların sövdələşmə qiyməti |
+ |
İdxal olunan mallara görə əlavə ödənişlər |
İdxal olunan malların sövdələşmə qiyməti - müqaviləyə əsasən xarici malgöndərənə və ya üçüncü şəxslərə ödənilməli olan məbləğ.
İdxal olunan mallara görə əlavə ödənişlər - malların gömrük dəyəri malların sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilərkən, mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli olan əlavə ödənişlər. Onlara aiddir:
- alıcı tərəfindən çəkilmiş, lakin mallara görə faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş aşağıdakı xərclər:
- alıcı tərəfindən malların satın alınması ilə bağlı onu təmsil edən nümayəndəsinə malın alınması ilə əlaqədar təmsilçilik xidmətinə görə ödənilmiş və ya ödənilməli xərclər istisna olmaqla, digər komisyon və broker mükafatlandırılmaları üzrə xərclər;
- idxal edilmiş malların gömrük məqsədləri üçün bir hissəsi hesab edilən konteynerlərin dəyəri;
- qablaşdırma materiallarının və qablaşdırma ilə əlaqədar işlərin dəyəri daxil olmaqla, alıcının çəkdiyi qablaşdırma xərcləri;
- idxal edilən malların istehsalı və ixrac üçün satılması məqsədi ilə alıcı tərəfindən satıcıya birbaşa və ya dolayısı ilə pulsuz və ya aşağı qiymətlə verilmiş aşağıdakı hər hansı malın və xidmətin faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş dəyəri:
- idxal edilən malların tərkib hissəsi olan materialların, komplektləşdirici hissələrin və digər məmulatların dəyəri;
- idxal edilən malların istehsalında istifadə edilmiş alətlərin, ştampların, qəliblərin və digər analoji ləvazimatların dəyəri;
- idxal edilən malların istehsalında sərf edilmiş sürtgü yağları, yanacaq və digər materialların dəyəri;
- gömrük ərazisindən kənarda həyata keçirilmiş və idxal edilən malların istehsalı üçün zəruri olan layihələndirmə, mühəndis, təcrübi-konstruktor, bədii tərtibat, çertyoj və eskiz işlərinin dəyəri;
- patentlər, ticarət nişanları və müəlliflik hüquqları üçün ödənişlər də daxil olmaqla, dəyərləndirilən malların satışı ilə əlaqədar alıcının birbaşa və ya dolayısı ilə ödəməli olduğu royalti və lisenziya haqqı, əgər bunlar faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmişdirsə;
- alıcı tərəfindən mallar barədə sərəncam verilməsindən və ya onların istifadəsindən satıcıya birbaşa və ya dolayısı ilə çatan və ya çatmalı olan hər hansı gəlir hissəsinin dəyəri;
- idxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər hər hansı yerədək nəqliyyat xərcləri, həmin yerədək malın yüklənmə və boşaldılma xərcləri.
Misal.
"İdxalçı" MMC xaricdən avadanlıqlar idxal edir. Avadanlığın dəyəri 35 000 avrodur. Malların nəqliyyat xərclərini xarici malgöndərən ödəyəcəkdir. Nəqliyyat xərcləri 5 000 avrodur, o cümlədən:
- sərhədə gədər - 4 000 avro;
- sərhəddən Bakıya gədər - 1 000 avro;
Gətirilən avadanlığın gömrük dəyəri olacaqdır: 35 000 + = avro
Eyni malların sövdələşmə qiyməti
Eynicinsli malların sövdələşmə qiyməti
Dəyərin çıxılması üsulu
Dəyərin toplanması üsulu
Ehtiyat üsulu
Sənədləşmə
Gətirilən malların gömrük dəyərinin bəyan edilməsi üçün "GDB-1" və "GDB-2" formada gömrük dəyəri bəyannaməsi tətbiq edilir.
Gömrük dəyəri bəyannaməsi(GDB) yük gömrük bəyannaməsi və müvafiq gömrük orqanı tərəfindən gömrük məqsədi üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim olunur.
Deklarant gömrükdəyəri üzrə bəyan edilmiş məlumatı təsdiq etmək üçün gömrükdəyəri haqqında bəyannamə ilə yanaşı aşağıdakı sənədləri təqdim etməlidir:
- malı gətirən hüquqi və fiziki şəxsin təsis sənədləri;
- müqavilə (kontrakt) və ona əlavə olunan razılaşma sənədləri (əgər onlar nəzərdə tutulmuşsa);
- hesab-faktura (invoys) və bank-ödəniş sənədləri (əgər ödəniş aparılıbsa) və ya hesabproformu, həmçinin malın dəyərini təsdiq edən başqa ödəniş və ya mühasibat sənədləri;
- nəqliyyat və sığorta sənədləri (əgər göndəriş şərtində nəzərdə tutulubsa);
- yükləmə-boşaltma üçün hesab və ya nəqliyyat xərci üzrə rəsmi təsdiq edilmiş kalkulyasiya (hesab-fakturaya nəqliyyat xərci daxil edilməyibsə);
- göndərən tərəfdən gömrük bəyannaməsi (əgər varsa);
- qablaşdırma vərəqləri;
- idxalı müəyyən edilmiş qaydada lisenziya əsasında həyata keçirilən mallar üçün lisenziya;
- malın mənşə ölkəsi haqqında sertifikat, keyfiyyət sertifikatı, təhlükəsizlik sertifikatı.
Yuxarıda nəzərdə tutulan sənədlər gömrük dəyərini təsdiq etmək üçün kifayət etmədikdə gömrük orqanının tələbi üzrə deklarant zəruri olan əlavə məlumatları təqdim etməlidir. Gömrük orqanı tərəfindən əlavə məlumat kimi aşağıdakı sənədlər tələb oluna bilər:
- sövdələşməyə aidiyyatı olan üçüncü şəxslə müqavilə (kontrakt);
- satıcının xeyrinə üçüncü şəxslərin tədiyə üçün hesablaşma sənədi;
- qiymətləndirilən malın sənədləşməsinə aidiyyatı olan komisyon, broker xidməti üçün hesablaşma sənədi;
- mühasibat sənədləri;
- lisenziya və ya müəlliflik sazişi;
- ixrac (idxal) lisenziyası;
- anbar qəbzləri;
- malı daşımağa dair sifariş;
- kataloqlar, spesifikasiya, firma-istehsalçının qiymət preyskurantı;
- qiymətləndirilən mala firma-istehsalçının kalkulyasiyası;
- gömrük dəyər bəyannaməsində bəyan olunan gömrük dəyərini təsdiq edəcək digər sənədlər.