Məcburi dövlət sosial sığorta haqqının hesablanmasıMəcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Muzdlu işdən əldə edilən gəlirlər üzrə. Muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:
Qeyd*:
Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları AR Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər üzrə. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
Sığortaedən neft-qaz sahəsində fəaliyyətlə yanaşı digər sahələrdə fəaliyyət göstərdiyi halda müxtəlif məcburi dövlət sosial sığortasına cəlb edilən işçilərin uçotunu ayrılıqda aparır. Belə uçot aparılmadığı halda məcburi dövlət sosial sığorta ümumi qaydada ( sığortaolunan tərəfindən - 3% və sığortaedən tərəfindən - 22%) hesablanır. Neft-qaz və qeyri-dövlət sahəsinə bilavasitə cəlb edilməyən və bölüşdürülməsi mümkün olmayan inzibati idarəetmə xərclərinə aid olan mühasibatlıq, audit, hüquq, məsləhət, məlumatların təhlili və emalı işlərinin yerinə yetirilməsi üzrə əməkhaqqı xərclərinə görə məcburi dövlət sosial sığorta haqqı yuxarıda qeyd edilən cədvələ uyğun olaraq hesablanır. Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları AR Nazirlər Kabineti tərəfindən müəyyən olunubdur - Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları Fərdi qaydada sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqını özü-özləri üçün hesablayıb ödəməlidirlər. Əmək müqaviləsi (kontrakt) ilə işçi qüvvəsindən istifadə edənlər sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər işçilər üçün məcburi dövlət sosial sığorta haqqını əməyin ödənişinə nisbətdə müəyyən edilmiş dərəcələrlə ödəyirlər. Bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər əsas fəaliyyət sahəsi üzrə müəyyən edilmiş dərəcələrlə məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əsas fəaliyyət sahəsi ümumi hasilatın (malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan vəsaitin məbləği) həcminə nisbətdə (ən böyük xüsusi çəkiyə malik sahə əsas fəaliyyət sahəsidir) müəyyən edilir və bu barədə müvafiq təsdiqedici sənəd müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır.
Misal 1.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Lənkəran şəhərində tikinti sahəsində xidmətlə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (2023-ci il yanvar ayının 1-dən 345 manat) məbləğinin hər ay üçün 50 faizini, yəni 01.01.2020 - 01.04.2020 tarixlər arası: 250 x 50% = 125 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.04.2020 - 01.01.2021 tarixlər arası: 250 x 25% x 80% = 50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.01.2022 tarixindən: 300 x 50% x 80% = 120 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.01.2023 tarixindən: 345 x 50% x 80% = 138 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Misal 2.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bərdə şəhərində əhaliyə məişət xidməti ilə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (2023-cu il yanvar ayının 1-dən 345 manat) məbləğinin hər ay üçün 25 faizi miqdarında, yəni 01.01.2020 - 01.04.2020 tarixlər arası: 250 x 25% = 62.50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.04.2020 - 01.01.2021 tarixlər arası: 250 x 15% x 80% = 30 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.01.2022 tarixindən: 300 x 25% x 80% = 60 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.01.2023 tarixindən: 345 x 25% x 80% = 69 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Misal 3.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xaçmaz şəhərində topdan ticarətlə və əhaliyə məişət sahəsində xidmətlə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məcburi dövlət sosial sığortası məqsədləri üçün əsas fəaliyyət sahəsini müəyyən etməlidir. Əsas fəaliyyət sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən ümumi hasilatın (malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan vəsaitin məbləği) həcminə nisbətdə müəyyən edilir. Sahibkar hesabat ayında ümumi hasilatının 70 faizini topdan ticarət sahəsində fəaliyyətindən əldə etmişdir. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (2023-ci il yanvar ayının 1-dən 345 manat) məbləğinin hər ay üçün 50 faizi miqdarında, yəni 01.01.2020 - 01.04.2020 tarixlər arası: 250 x 50% = 125 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.04.2020 - 01.01.2021 tarixlər arası: 250 x 25% x 80% = 50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.01.2022 tarixindən: 300 x 50% x 80% = 120 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.01.2023 tarixindən: 345 x 50% x 80% = 138 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Misal 4.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bakı şəhərində pərakəndə ticarətlə məşğuldur. Əmək müqaviləsi (kontrakt) ilə 2 nəfər işçi qüvvəsindən istifadə edir. İşçilərin aylıq əmək haqqları isə belədir: birinin - 300 manat, digərinin isə - 450 manatdır. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (2023-cu il yanvar ayının 1-dən 345 manat) məbləğinin 01.01.2020 - 01.04.2020 tarixlər arası: 250 x 50% = 125 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.04.2020 - 01.01.2021 tarixlər arası: 250 x 25% = 62.50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.01.2022 tarixindən: 300 x 50% = 150 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.01.2023 tarixindən: 345 x 50% = 172.50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Eyni zamanda həmin şəxs işçiləri üçün əməyin ödənişi fondunundan və işçilərə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. birinci işçi üçün işçinin gəlirlərindən tutulan - 6 +(300 - 200) * 10% = 16 manat birinci işçi üçün sahibkarın vəsaiti hesabına ödənilən - 44 + (300-200) * 15% = 59 manat ikinci işçi üçün işçinin gəlirlərindən tutulan - 6 + (450 - 200) * 10% = 31 manat ikinci işçi üçün sahibkarın vəsaiti hesabına ödənilən - 44 + (450 - 200) * 15% = 81.50 manat Beləliklə sahibkar məcburi dövlət sosial sığorta haqqı üzrə cəmi ödəməlidir:
Məcburi dövlət sosial sığorta haqqının ödəmə müddəti Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı ayın 15-dək ödənilir. Bank orqanlarında hesaba malik olmayan sahibkarlar məcburi dövlət sosial sığorta haqqını təsdiq olunmuş mədaxil qəbzləri əsasında, eləcə də bank orqanları və ya poçtamt vasitəsilə nağd qaydada ödəmə yolu ilə DSMF orqanlarının hesabına köçürürlər.
Normativ-hüquqi aktlar:
Sosial sığorta haqqında AR Qanunu Minimum aylıq əməkhaqqının artırılması haqqında AR-ın Prezindentinin Sərəncamı Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezindentinin Sərəncamı Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları Yazı sonuncu dəfə 2023-02-14 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!