Vergitutmanın formalarıAR Vergi Məcəlləsində 3 vergitutma forması nəzərdə tutulub:
Bəyannamə üzrə verginin tutulması Bəyannamə üzrə verginin tutulmasında nəzərdə tutulur ki vergi ödəyicisi müəyyən edilmiş vaxta gədər vergi orqanlarına öz gəlirləri barədə bəyannamə tədim etməlidir. Bəyannamədə əldə edilmiş gəlirlər, çəkilmiş xərclər, gəlirlərin mənbəyi, vergi güzəştləri, və verginin hesablanması və ödənilməsi barədə məlumat verilir. Bu növ vergilərə aiddir, misal üçün: hüququ şəxslərin mənfəət vergisi, sadələşdirilmiş vegi, sahibkar fiziki şəxslərin gəlir vergisi və s. Ödəmə mənbəyindən verginin tutulması Əgər bəyannamə üzrə verginin tutulması zamanı əvvəl gəlir əldə edilir, sonra isə vergi tutulursa, ödəmə mənbəyində verginin tutulmasında bu ardıcıllıq dəyişir. Vergi ödəyicisi, mühasibatlıq tərəfindən vergi tutulandan sonra gəlir əldə edir. Vergi ödəyicisi üçün bu məcburi avtomatik tutulmadır. Verginin hesablanması, tutulması və dövlət büdcəsinə köçürülməsi məsuliyyəti vergi agentinin üzərinə qoyulur. Bu növ vergilərə aiddir, misal üçün, fiziki şəxslərin gəlir vergisi. Bildiriş üzrə verginin tutulması Bu cür vergitutma formasının mahiyyəti ondan ibarətdir ki, vergi orqanı Vergi Məcəlləsində müəyyən edilmiş hallarda vergini hesablayır və vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərir. Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir:
Bu növ vergilərə aiddir, misal üçün, fiziki şəxslərin əmlak vergisi.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-10-19 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!