Məcburi dövlət sosial sığorta haqları üzrə uçot və hesabatSığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının və ödənilməsinin uçotu aparılmalıdır. Sığortaedənlər rüb başa çatdıqdan sonra uçotda olduqları vergi orqanına növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ı təqdim etməlidirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Hesabat dövründə fəaliyyət göstərmədiyi halda AR Vergi Məcəlləsində müəyyən edilmiş qaydada uçotda olduqları vergi orqanına hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etməlidirlər. Sığortaedənlər hesabatları elektron qaydada təqdim etmək imkanlarına malikdirlər. Bunun üçün əvvəlcə AR Vergilər Nazirliyinin rəsmi saytına (www.taxes.gov.az) daxil olub "Xidmətlər" menyusundan "Elektron xidmətlər" bəndini və "Bölmə" hissəsində isə Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə (Vergi, MDSS, İS, İTS) xidmətini seçilməlidir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2022-10-20 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!